Accessibility links

Təbrizdə 124 il əvvəl tikilən kinoteart binasından iz qalmayıb


 Təbriz Bələdiyyə Sarayı binası (hazırda Təbriz Şəhər Şurasının iclasları bu binada keçirilir)
Təbriz Bələdiyyə Sarayı binası (hazırda Təbriz Şəhər Şurasının iclasları bu binada keçirilir)

İranın ilk kinoteatrı kinematoqraf ixtirasından cəmi beş il sonra 1900-cü ildə Təbrizdə açılıb. Lakin bu gün həmin tarixi məkanın heç bir izinə rast gəlinmir.

Dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, İranda ilk kinoteatr Qacarlar dövründə bir qrup katolik missioner tərəfindən Təbrizdə, indiki Şəhnaz kəsişməsi yaxınlığında yerləşən Pasaj məhəlləsində tikilib. Bu kinoteatrın adı fransızca "günəş" mənasını verən "Soleil" idi və 100 tamaşaçı tutumuna malik idi.

Məlumatda qeyd edilir ki, kinoteatr Müzəffərəddin şah Qacarın hakimiyyəti dövründə fəaliyyətə başlayıb. Təxminən 15 il sonra ölkədə film istehsalının və xarici filmlərə çıxışın olmaması səbəbindən kinoteatr bağlanıb.

Təbriz şəhəri tarixi abidələrin qorunması sahəsində çətin vəziyyətdədir. Mədəni irs mütəxəssisləri və rəsmilərin açıqlamalarına görə, şəhərin tarixi abidələrinin və quruluşunun təxminən 90%-i illər ərzində məhv edilib.

Şərqi Azərbaycan Mədəni İrs İdarəsi
Şərqi Azərbaycan Mədəni İrs İdarəsi

Kinoteatrlar məsələsinə gəldikdə, Şərqi Azərbaycan kinoteatrlarının rəhbərinin bildirdiyinə görə, Təbrizdə yerləşən və yüz ildən artıq tarixi olan ən qədim kinoteatr Pasaj məhəlləsində yerləşir. Lakin bu tarixi bina baxımsız vəziyyətdədir və indiyədək onun bərpası və ya təmiri üçün heç bir tədbir görülməyib.

Təbriz şəhəri strateji əhəmiyyətinə və tarix boyu müxtəlif hökumətlərin paytaxtı olmasına, həmçinin Qacarlar sülaləsi dövründə vəliəhdin iqamətgahı kimi xidmət etməsinə görə zəngin tarixi və möhtəşəm şəhər quruluşuna sahib olub. Buna baxmayaraq, şəhərin əksər tarixi tikililəri, xüsusilə birinci Pəhləvi hakimiyyəti dövründə müxtəlif səbəblərdən dağıdılıb.

Bununla belə, İslam Respublikası dövründə də həyata keçirilən müxtəlif şəhərsalma layihələri nəticəsində mövcud olan azsaylı tarixi tikililərin dağıdılması ilə bağlı xəbərlər vaxtaşırı olaraq mətbuatda işıqlandırılır və bu proses şəhərin qiymətli tarixi irsinin tədricən itirilməsinə səbəb olur.

Forum

XS
SM
MD
LG