Accessibility links

Qazaxıstanda çoxmillətli xüsusi təyinatlı qüvvələrin təlimi keçirilir


"Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimi keçirilir (Mənbə: Azərbaycan Müdafiə Nazirliyi)
"Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimi keçirilir (Mənbə: Azərbaycan Müdafiə Nazirliyi)

Sentyabrın 10-da Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda "Sonsuz qardaşlıq - III" çoxmillətli xüsusi təyinatlı qüvvələrin birgə təliminin təntənəli açılış mərasimi keçirilib.

Zirehli texnika, ordu aviasiyası və PUA-ların cəlb edildiyi çoxmillətli birgə təlimdə 6 ölkənin 300-dək xüsusi təyinatlı hərbi qulluqçusu iştirak edir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən təlimə İordaniya və Qırğızıstan müşahidəçi qismində dəvət olunub.

“Təlimlərin keçirilməsində məqsəd idarəetmə orqanlarının və bölmələrin fəaliyyətində operativ uzlaşmanın təmin olunması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, qarşılıqlı təcrübə mübadiləsi və peşə vərdişlərinin təkmilləşdirilməsidir. Plana uyğun olaraq xüsusi təyinatlı bölmələrlə taktika, atəş, dağ-paraşüt, snayper hazırlığı üzrə məşqlər keçiriləcək”, məlumatda qeyd edilir.

Nazirlik bildirir ki, təlimin yekununda xüsusi təyinatlı bölmələr yaşayış məntəqəsində qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş əməliyyatı tapşırıqlarını yerinə yetirəcəklər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG