Accessibility links

Nəsimi Məmmədli: Ələsgər Məmmədlinin böyrəklərinin müayinəsi zamanı sol böyrəyində daşlar aşkar olunub


Ələsgər Məmmədli- media hüquqları üzrə ekspert
Ələsgər Məmmədli- media hüquqları üzrə ekspert

"1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin böyrək və qarın nahiyəsində küt ağrılar olduğuna görə 4 gün öncə təcridxanada ultrasəs müayinəsindən keçirilib".

Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə bildirib.

“Böyrəklərinin müayinəsi zamanı sol böyrəyində daşlar aşkar olunub. Əvvəllər belə bir hal olmamışdı. Eyni zamanda bir neçə daş sidik kisəsinə düşüb. Həkimlər bildirib ki, daşın sidik kisəsindən nə zaman və necə xaric olunacağı qeyri-müəyyəndir. Hər bir ehtimala görə ona xəbərdarlıq edilib ki, daşların düşməsi zamanı kəskin, dözülməz ağrılar baş verə bilər. Odur ki, daim yanında ağrıkəsicilərin olması tövsiyyə olunub”, o qeyd edib.

Onun sözlərinə görə, daxil orqanları ilə yanaşı qalxanabənzər vəzin də təkrar müayinəsi aparılıb.

“Özəl doktorunun müəyyin etdiyi müalicədən sonra mədəaltı vəzində böyümə sabitdir. Habelə, qalxanabənzər vəzində də əlavə böyümə baş verməyib. 23,5 və 15 millimetrlik düyünlərdə böyümə müşahidə olunmayıb. Buna baxmayaraq, boğulma hissi, baş ağrıları davam edir", qardaşı qeyd edir.

Nəsimi Məmmədli deyir ki, Ələsgər Məmmədlinin yuxusuzluq hallarının artması əsəb-sinir sisteminə də mənfi təsir göstərib. Gözlərinin görməsində zəiflik yaranıb.

Qardaşı həmçinin bildirir ki, təcridxanada olduğu 6 ay ərzində Ələsgər bəylə heç bir istintaq hərəkəti aparılmayıb.

“O, bu günə qədər tamamilə təqsirsiz olduğunu, qondarma ittihamla həbsə salındığını əsas tutaraq ifadə verməyib.
Vəkili və ailə üzvləri ilə hər həftə görüşür. Saxlanma şəraitindən narazılığı yoxdur”, Məmmədli əlavə edib.

Penitensiar Xidmət Məmmədlinin səhhəti ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.

Forum

XS
SM
MD
LG