Accessibility links

Şərqi Azərbaycanda üç ay ərzində 25 fəhlə iş qəzalarında həyatını itirib


Bu il martın 20-dən iyunun 20-dək Şərqi Azərbaycan vilayətində baş verən iş qəzaları nəticəsində 25 fəhlə həyatını itirib, 359 fəhlə isə xəsarət alıb.

Bu statistikanı İran mətbuatına Şərqi Azərbaycan vilayətinin ədli tibb idarəsinin direktoru Mehrdad Setare açıqlayıb. Statistikaya görə, xəsarət alan fəhlələrdən 11-i qadındır.

Rəsminin sözlərinə görə, 13 nəfər hündürlükdən yıxılaraq, 6 nəfər bərk cismə dəymə, 4 nəfər elektrik cərəyanı vurması, 1 nəfər oksigen çatışmazlığı və 1 nəfər isə yanıq nəticəsində həyatını itirib.

İnsan haqları xəbər agentliyi HRA-nın məlumatına görə, İran əmək təhlükəsizliyi məsələlərinə görə dünya ölkələri arasında 102-ci yerdədir.

İran mətbuatının məlumatına görə, İranda hər il orta hesabla 13 min iş qəzası baş verir ki, bunun da 700-dən 1200-ə qədər ölümlə nəticələnir.

Bununla belə, “Şərq” qəzeti bu il mayın 11-də dərc otdiyi məqalədə bir hüquqşünasa istinadən xəbər verib ki, ötən günəş ilində, yəni 21 mart 2023-cü ildən 19 mart 2024-cü ilə qədər bütün ölkədə iş yerlərində baş verən bədbəxt hadisələr nəticəsində 2 min 115 fəhlə ölüb. Bu rəqəm ölkədə hər gün orta hesabla 5-6 işçinin ölməsi deməkdir.

Forum

XS
SM
MD
LG