Accessibility links

Şərqi Azərbaycanda son 11 ayda 90 fəhlə həyatını itirib


Açıqlanan statistika göstərir ki, son 11 ayda Şərqi Azərbaycan vilayətində 90 fəhlə iş qəzalarında həyatını itirib.

Rəsmi İRNA xəbər agentliyinin verdiyi məlumata görə, vilayətin ədli tibb idarəsinin direktoru Mehrdad Setare bu vilayətdə son 11 ay ərzində bədbəxt hadisə nəticəsində 90 kişi fəhlənin həyatını itirdiyini açıqlayıb. Rəsminin açıqlamasına əsasən, vilayətdə iş qəzaları nəticəsində ölənlərin sayı ötən illə müqayisədə 29 faiz artıb.

Ötən ilin eyni dövründə 70 fəhlə həyatını itirib. Bu, vilayətdə fəhlələr üçün iş yerlərində iş təhlükəsizliyi şəraitinin pisləşdiyini göstərir.

Bu il (Günəş təqvimi) iş qəzaları nəticəsində ölüm hallarının yarısından çoxu hündürlükdən yıxılma nəticəsində baş verib. Təbriz isə 50 itki ilə fəhlələr arasında ölüm hallarına görə birinci yerdə gəlir.

Ölüm hallarının 52 faiz “hündürlükdən yıxılma”, 20 faizi sərt cisimlərin dəyməsi, 13-ü elektrik cərəyanının vurması, 6-sı yanğın, 5-i suda boğulma və "4%-i isə qazdan boğulma" nəticəsində baş verib.

Hündürlükdən yıxılma halları iş yerlərində ən çox ölüm sayına səbəb olur ki, bu kateqoriyada ən çox ölüm sayı tikinti sənayesinin payına düşür.

Mehrdad Setarenin sözlərinə görə, Şərqi Azərbaycan keçən il iş yerlərində ölüm hallarının sayına görə ölkə vilayətləri arasında 8-ci yerdədir.

Rəsmi açıqlamalar, 2022-ci ildə İranda baş verən iş qəzaları nəticəsində 1900 işçinin həyatını itirdiyini göstərir ki, bu rəqəm ölkədə hər gün orta hesabla 5-dən çox işçinin öldüyü deməkdir. Lakin ölkədəki rəsmi qurumların təqdim etdiyi statistik məlumatların etibarlılığına şübhələr var.

Bəzi iranlı ekspertlər hesab edirlər ki, dövlət mənbələrindən əldə edilən məlumatlar tam dəqiq deyil və ölən fəhlə sayının daha çox olma ehtimalı vardır.

Forum

XS
SM
MD
LG