Accessibility links

Təbriz və Qəzvində iki fəhlə iş qəzası nəticəsində həyatını itirib


İş yerində bədbəxt hadisə
İş yerində bədbəxt hadisə

Son günlər Təbriz, Tufarqan (Azərşəhr) və Qəzvin şəhərlərində ümumilikdə 4 fəhlənin işyerində bədbəxt hadisə baş verməsi nəticəsində ikisi həyatını itirib, ikisi isə yaralanıb.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) xəbər agentliyinə istinadən, Oktyabrın 26-da Təbrizdə Chlor Pars adlı şirkətin bir binasının yeddinci mərtəbəsindən 20 metr hündürlükdən yıxılan işçi dərhal həyatını itirib.

Xəbər agentliyi bu işçinin kimliyi ilə bağlı məlumat dərc etməyib. Həmçinin, bu hadisənin səbəbləri barədə heç bir məlumat yoxdur. həmin xəbərə görə, məhkəmə orqanları və əmək idarəsinin müfəttişliyi bu hadisənin təfərrüatlarını və bu işçinin ölümünə səbəb ola biləcək günahkarı araşdırır.

Oktyabrın 29-da Şərqi Azərbaycan vilayətinin Tufarqan (Azərşəhr) şəhərində yerləşən sənaye parkındakı boya istehsal zavodunda baş vermiş yanğın hadisəsi nəticəsində iki işçi xəsarət alıb. İşçilərin xəstəxanaya köçürüldüyü bildirilsə də, sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.

Qəzvin vilayətində bir bina tikinti sahəsində işləyən bir inşaat işçisi bədbəxt hadisə nəticəsində hündürlükdən düşərək həyatını itirib. 55 yaşlı olan bu işçinin aldığı zərbənin şiddətindən dərhal həyatını itirdiyi bildirilib.

Ötən il İranda 1900 işçi iş qəzaları nəticəsində həyatını itirib. 2021-ci ildə isə 1926 işçi bədbəxt hadisələr nəticəsində həyatını itirib.

İranda işçilərin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün qanunlar və standartlar olsa da, bu qaydaların effektiv şəkildə tətbiqi və nəzarətində problemlər mövcuddur. Ölkədə iş yerlərinin təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar işçilərin sağlamlığını və təhlükəsizliyini risk altında qoyur.

Forum

XS
SM
MD
LG