Accessibility links

Qərbi Azərbaycanda son 9 ayda 1183 fəhlə bədbəxt hadisə ilə üzləşib


A construction worker in Iran
A construction worker in Iran

Qərbi Azərbaycan vilayətinin Ədli Tibb İdarəsinin direktoru Musa Ədibfər son 9 ay ərzində vilayətdə işçilərin başına 1183 iş qəzasının baş gəldiyini, onlardan 37-nin qadın fəhlə olduğunu bildirib.

Ədibfər İLNA xəbər agentliyinə bildirib ki, son 9 ayda vilayətdə 65 nəfər hündürlükdən yıxılaraq ölüb, onlardan 15-i qadındır. O, həmçinin bu il ərzində vilayətdə 40 nəfərin suda boğulmaq, 47 nəfərin yanmaq, 10 nəfərin elektrik cərəyanı vurması nəticəsində həyatını itirdiyini açıqlayıb.

Rəsminin açıqladığı bu statistika göstərir ki, son 9 ayda Qərbi Azərbaycanda ümumilikdə 162 fəhlə iş qəzalarında həyatını itirib.

İranda ən çox fəhlə ölümləri inşaatda baş verir. Ekspertlər bunun səbəbini podratçıların sözügedən iş yerlərində iş təhlükəsizliyi prinsiplərinə nəzarət etməməsi ilə izah edirlər.

2022-ci ildə İranda 1900 işçi iş qəzaları nəticəsində həyatını itirib. Bu statistika gündə 5-dən çox işçinin ölümünə bərabərdir.

Müvafiq qurumlar ölkədə fəhlə ölümləri və iş qəzaları ilə bağlı dəqiq statistik məlumat vermirlər. Bəzi iranlı ekspertlər dövlət qurumları tərəfindən verilən statistik məlumatları etibarsız hesab edir.

Forum

XS
SM
MD
LG