İyulun 15-də Ukraynanın Azərbaycandakı səfirliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Ukraynanın sülhə gedən yolu” mövzusunda virtial qaydada dəyirmi masa keçirilib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev X platformasında məlumat yayıb.
“Ukrayna Dövlətçiliyi Günündə səfirlik və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Ukraynanın sülhə gedən yolu” mövzusunda dəyirmi masa keçirilib. Müzakirə olunan əsas mövzu ədalətli sülh və Prezident Volodımir Zelenskinin Sülh Formulasının həyata keçirilməsidir. Rusiya təcavüzünü dayandırmaq üçün Ukraynaya dəstək verən bütün millətlərə təşəkkür edirik”, o qeyd edib.
Ukrayna Prezidenti Volodımir Zelenski iyulun 15-də keçirdiyi mətbuat konfrasında bildirib ki, ölkəsinin dövlətçiliyi Ukrayna uğrunda vuruşan və çalışan, dünyanı birləşdirən, öyrənən, həqiqəti yayan və Rusiyanı məsuliyyətə cəlb etməyə hazırlaşan hər kəsin nailiyyətidir.
Ukrayna Dövlət Quruculuğu Günü münasibətilə prezident Zelenski hərbçilərə və digər peşələrin nümayəndələrinə dövlət mükafatlarını təqdim edib, 14 yaşı tamam olmuş ukraynalılara pasportlar təqdim edib.
O qeyd edib ki, Ukraynanın yolu heç vaxt asan olmayıb və Ukrayna dövləti hər bir mərd və qayğıkeş ukraynalı sayəsində öz müstəqilliyini qoruyub saxlayır.
Forum