Accessibility links

Rusiya ATƏT əməkdaşını Ukraynanın şərqində casusluq etdiyinə görə həbs cəzasına məhkum etdiyini deyir


Rusiyanın baş prokurorunun cümə günü bildirdiyinə görə, Ukraynanın Donetsk vilayətində Rusiya tərəfindən təyin edilən məhkəmə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəsmisini naməlum xarici kəşfiyyat agentliklərinə casusluqda ittiham edərək 14 il həbs cəzasına məhkum edib.

Prokurorluq Telegram mesajlaşma platformasında verdiyi açıqlamada Vadim Qoldanın 2021-ci ildə Donetsk bölgəsinin sənaye obyektləri haqqında məlumat topladığını və sonradan həmin məlumatlardan vilayətə raket zərbələri endirmək üçün istifadə edildiyini bildirib.

Vyanada yerləşən təşkilat X-də ATƏT liderlərinin hökmü “birmənalı şəkildə pislədiklərini” yazıb və 2022-ci ildə Rusiya tərəfindən dövlətə xəyanətdə görə həbs edilən Qolda və digər iki keçmiş ATƏT əməkdaşının azadlığa buraxılmasına çağırıb.

Rusiya, Ukrayna və bir çox Qərb ölkələrinin üzvü olduğu 57 dövlətdən ibarət hökumətlərarası təşkilat olan ATƏT 2014-2022-ci illər arasında Ukraynanın şərqinə monitorinq missiyası göndərib.

Onun əməkdaşlarına Ukrayna qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında bir sıra kövrək atəşkəs rejiminə nəzarət etmək tapşırılıb və onlar Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən qısa müddət sonra geri çağrılıb.

Forum

XS
SM
MD
LG