Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib ki, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus sonuncu patrul gəmisi işğal olunmuş Krımı tərk edib, çox güman ki, başqa yerə köçürüləcək.
Bu bəyanat Ukrayna qüvvələrinin Qara dənizdə Rusiya donanmasının gəmilərinə çoxsaylı hücumları fonunda verilib.
Ukraynanın ixtiyarında böyük hərbi gəmilər olmasa da, raket və dəniz pilotsuz aparatlarından istifadə edərək qərargahı Sevastopolda yerləşən Rusiyanın Qara dəniz donanmasına ciddi ziyan vurur.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin baş komandanı, vitse-admiral Aleksey Neyjpapa bu ayın əvvəlində Reuters agentliyinə demişdi ki, Rusiya demək olar ki, bütün döyüşə hazır gəmilərini işğal olunmuş Krımdan çıxarmağa məcbur olub.
“Rusiya Federasiyasının Qara Dəniz Donanmasının sonuncu patrul gəmisi bizim Krımdan yenicə çıxıb. Bu günü xatırlayın”, Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk Facebook-da yazıb.
Neyjpapanın sözlərinə görə, Kyiv Rusiyanın 27 hərbi gəmisini məhv edib və ya zədələyib.
May ayında Ukrayna hakimiyyəti Qara dənizdə qanadlı raketlərlə silahlanmış sonuncu Rusiya hərbi gəmisini məhv etdiyini bildirib.
Forum