ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Birləşmiş Ştatlar və Azərbaycan arasında ikitərəfli münasibətlərdə irəliləyiş və ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının imzalanmasına dəstəyini müzakirə etmək üçün Azərbaycana səfər edib. Səfər zamanı O’Brayn Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Dövlət katibinin köməkçisi Azərbaycan və Ermənistan arasında keçən ay sərhədin müəyyən edilməsinə dair əldə edilən razılaşmanı mühüm irəliləyiş kimi qiymətləndirib. ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın yüksək səviyyəli diplomatı Ceyms Uorlik Amerikanın Səsinə müsahibədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Azərbaycana səfəri, ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə edilməsi istiqamətində hazırkı səyləri və iki ölkə arasında sülhə nail olunmasının prespektivləri haqda danışıb.
Ceyms Uorlik: Azərbaycanla əlaqələr son dərəcə vacibdir
Episodes
-
Yanvar 22, 2025
Məhkəmə jurnalist Əli Zeynalı həbsdə saxlayıb
-
Yanvar 22, 2025
İctimai fəal Bəhruz Səmədov ev dustaqlığına buraxılmadı