Accessibility links

Prezident Co Baydenvə Respublikaçılar Partiyasından prezidentliyə namizəd keçmiş prezident Donald Tramp 27 iyun 2024-cü il tarixində Atlantada CNN-in apardığı debatda iştirak edir.
Prezident Co Baydenvə Respublikaçılar Partiyasından prezidentliyə namizəd keçmiş prezident Donald Tramp 27 iyun 2024-cü il tarixində Atlantada CNN-in apardığı debatda iştirak edir.

Bayden və Tramp arasında debat

05:53 28.6.2024

21:21 New York Times Baydenin Trampa ağardıcı ilə bağlı hücumunun doğruluğunu yoxlayır

“O sadəcə olaraq demişdi ki, 'Bu o qədər də ciddi deyil, sadəcə olaraq qolunuza bir az ağartıcı inyeksiya edin'.”

- Prezident Bayden

The Times qeyd edir ki, Tramp heç vaxt insanlara COVID-19 ilə mübarizə aparmaq üçün ağardıcı inyeksiya etmələri olduğunu söyləməyib. Tramp mətbuat konfransında virusun birbaşa günəş işığı və ağartıcı kimi dezinfeksiyaedici maddələrlə öldürüldüyünü qeyd edib.

Tramp “Sonra görürəm ki, dezinfeksiyaedici bir dəqiqə ərzində onu yox edir. Bir dəqiqədə. Və içəriyə inyeksiya etməklə və ya demək olar ki, təmizləmə ilə belə bir şey edə biləcəyimiz bir yol varmı?” deyib.

06:15 28.6.2024

21:25 AP: Tramp və Bayden çox sayda yanlış faktlar irəli sürdü

Həm Co Bayden, həm də Donald Tramp cümə axşamı başlayan debatda bir neçə faktı yanlış dedi.

Bayden debatın əvvəlində yanlışlıq edərək, 15 000 iş yeri yaratdığını iddia etdi. Doğru rəqəm 15 milyondan çoxdur.

Bayden həmçinin dedi ki, “insulin iynəsi 400 dollar əvəzinə 15 dollardır.” Ancaq Prezident Co Baydenin imzalaması ilə qüvvəyə minən 2022 İnflyasiyanın azaldılması Aktı altında yaşlılar üçün insulinin qiyməti tibbi sığorta olan Medicare ilə 35 dollarla məhdudlaşdırılıb. Bu qiymət həddi ötən il qüvvəyə minib ki, həmin zaman bir çox dərman şirkəti özəl sığortası olan əksər istifadəçilər üçün dərmanın qiymətini 35 dollara endirəcəklərini açıqlayıb.

Tramp dedi ki, ABŞ iqtisadiyyatı pandemiyadan əvvəl dövlət borcunu azaltmağa hazır idi. Amma bu, doğru deyil. Trampın rəhbərliyi altında büdcə kəsirləri artırdı, çünki onun 2017-ci ildə tətbiq etdiyi vergi endirimləri, onun söz verdiyi kimi, özünü doğrultmadı. Ağ Evin İdarəçilik və Büdcə Ofisinin məlumatına görə, Tramp vəzifəyə 585 milyard dollarlıq büdcə kəsiri ilə gəldi və onun rəhbərliyi altında büdcə kəsiri 2019-cu ildə 984 milyar dollara qədər qalxdı. Və yalnız 2020-ci ildə pandemiyadan sonra 3 trilyonu ötdü.

Və Trampın “milyonların” ölkəyə həbsxanalardan və psixiatriya müəssisələrindən daxil edildiyi ilə bağlı iddiası əsassızdır. Buna dair heç bir sübut yoxdur.

- The Associated Press

06:15 28.6.2024

21:28 Abort məsələsi

Prezident Bayden dedi ki, Roe v. Wade qərarının ləğvindən sonra ştatların aborta çox sayda məhdudiyyətlər tətbiq etməsinə görə keçmiş prezident Tramp günahkardır.

Tramp, prezident ikən, Ali Məhkəməyə üç hakim təyin edib ki, onlar konstitusion abort hüququnu ləğv edən çoxluğun formalaşmasına kömək etdilər – və o, seçki kampaniyası zamanı buna görə özünə xal qazandırıb.

Trampın Roe v. Wade-in ləğvi və onun ABŞ boyu hamilə insanlara təsiri ilə əlaqəsini vurğulamaq Baydenin kampniyasının əsas hissəsinə çevrilib. Bayden həmçinin xəbərdarlıq edib ki, Trampın ikinci dəfə prezident seçilməsi ölkə boyu aborta məhdudiyyətlərin tətbiqinə gətirib çıxara bilər.

06:28 28.6.2024

21:44 Namizədlərə immiqrasiya və ölkənin sərhədləri ilə bağlı suallar ünvanlandı

Keçmiş prezident Donald Tramp veteranların küçədə olduğu halda ölkəyə qeyri-qanuni yollarla gələn miqrantların “lüks otellərə” yerləşdirilməsindən şikayətləndi.

O həmçinin, gözlənildiyi kimi, miqrantlar tərəfindən törədilən cinayətlərə böyük diqqət yönəltdi. O, həmçinin bildirdi ki, miqrantlar ABŞ-a qeyri-qanuni yollarla “psixi müəssisələrdən” və “dəli sığınacaqlarından” gəlirlər. O, mitinqlərdə də tez-tez səsləndirdiyi bu iddia ilə bağlı sübut təqdim etməyib.

Tramp həmçinin onun rəhbərliyi altında “tarixdəki ən təhlükəsiz sərhədin” olduğunu söylədi ki, bu, olduqca şübhəli bir iddiadır.

- The Associated Press

Prezident Co Bayden isə immiqrasiya ilə bağlı onu bildirdi ki, sığınacaq verilməsini dayandıran sərəncamı imzalamasından sonra qeyri-qanuni immiqrasiyaya görə həbslər 40% azalıb.

O, təkcə Respublikaçılar arasında deyil, həm də ölkə boyu prioritetə çevrilən immiqrasiya məsələsində irəliləyiş əldə etməyə çalışır.

AP-NORC-un iyun ayında aparadığı sorğusunun nəticələrinə görə, hər 10 amerikalıdan yalnız 3-ü Baydenin immiqrasiya sahəsində gördüyü işi təsdiqləyir. Təxminən 10 Demokratdan 6-sı Baydenin məsələyə yanaşmasını bəyənir, ancaq 10 müstəqildən təxminən yalnız 2-si və 10 Respublikaçıdan 1-dən azı onunla razılaşır.

Daha çox yüklə

XS
SM
MD
LG