Accessibility links

Prezident Co Baydenvə Respublikaçılar Partiyasından prezidentliyə namizəd keçmiş prezident Donald Tramp 27 iyun 2024-cü il tarixində Atlantada CNN-in apardığı debatda iştirak edir.
Prezident Co Baydenvə Respublikaçılar Partiyasından prezidentliyə namizəd keçmiş prezident Donald Tramp 27 iyun 2024-cü il tarixində Atlantada CNN-in apardığı debatda iştirak edir.

Bayden və Tramp arasında debat

07:00 28.6.2024

21:50 Debatın birinci yarısı ilə bağlı təəssüratlar

Reuters namizədlərə verilən ilkin suallardan bu təəssüratları bölüşüb

ƏL SIXIŞMA OLMADI, SƏS XIRILTILIDIR

Bir-birlərinə qarşı antipatiyalarını gizlətməyən iki kişi debatın əvvəlində əl sıxışmadı. Bayden çıxışları zamanı Trampa tez-tez “bu adam” kimi müraciət edirdi.

Səsi açıq-aşkar xırıltılı olan Bayden moderatorların istehlakçıların üzləşdiyi artan qiymətlərlə bağlı ilk sualına cavab olaraq Trampı ona “bərbad” iqtisadiyyat buraxmaqda ittiham etdi.

Tramp cavab olaraq dedi ki, Baydenin COVID-lə mübarizəsi “fəlakət” idi və bildirdi ki, inflyasiya “bizi tamamilə öldürürdü.”

O, pandemiyanı iqtisadiyyatı və onun yenidən seçilmək şansını məhv etməkdə günahlandırdı.

“Hər şey əla idi,” o dedi.

FİKRİNDƏN YAYINIRDI

81 yaşlı Bayden dövlət borcu ilə bağlı suala cavabında, belə görünür, fikrindən yayındı.

Səsi bir neçə dəfə titrəyən Bayden “milyarder” əvəzinə “trilyarder” dedi, amma daha sonra özünü düzəltdi.

Daha sonra, zənginlərin daha çox vergi ödəməli olduğunu iddia edərkən, o, cümləsini bitirməkdə çətinlik çəkdi, uzun bir fasilə verdi, sonra isə fikrini mənasız görünən bir şəkildə başa çatdırdı. Bayden, vergi islahatı “səhiyyə sistemimizi gücləndirməyə kömək etmək” üçün pul yaradacaq, “və hər bir insanı mənim COVID ilə, üzr istəyirəm, bizim edə bildiyimiz hər şeyə uyğun edə bilməyimizi təmin edəcək” dedi və fasilə verdi.

Sonra, “Biz nəyahət Medicare-i məğlub etdik” -deyə o, çox güman ki, COVID-19-a istinadən bildirdi.

78 yaşlı Tramp isə dərhal ona hücum etdi.

“Düz deyir. O, Medicare-i məğlub etdi. Onu ölümünə məğlub etdi.”

07:00 28.6.2024

21:55 Politico-dan Aleksandr Vard qeyd edir: "İlk bir saatda təəccüblü dərəcədə xarici siyasət.. və Əfqanıstanın Ukraynadan əvvəl müzakirə edilməsi də daha da təəccüblüdür. Amma Çinin - hər iki şəxsin Amerikaya ən böyük təhlükə hesab etdiyi ölkənin - demək olar ki, gündəmə gətirilməməsi daha da şokedicidir. Bəlkə də bu ona görədir ki, onların hər ikisi, böyük ölçüdə, Cənubi Çin dənizində, texnologiya sahəsində və qlobal liderlik uğrunda mübarizədə Çinə qarşı durmağın zəruriliyi üzərində razılaşır.”

07:00 28.6.2024

21:56 Keçmiş prezident Tramp prezident Baydeni Ukrayna müharibəsinə görə günahlandıraraq, “Əgər bizim həqiqi prezidentimiz, [Rusiya Prezidenti Vladimir] Putinin ona hörmət etdiyini bilən bir prezident olsaydı, o, heç vaxt... Ukraynaya hərbi müdaxilə etməzdi” dedi.

Tramp, vəzifəyə başlamazdan əvvəl belə Rusiya-Ukrayna münaqişəsini həll edə biləcəyini söylədikdən sonra, Bayden cavab olaraq, Putinin Ukrayna ilə dayanmayacağını dedi. “Sizcə, o NATO ölkələrinə nə olacaq?” - o dedi. Bayden həmçinin NATO ittifaqını müdafiə etdi və Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra birlik nümayişinə görə özünə xal götürdü. “Bu arada, mən dünyanın 50 başqa ölkəsini Ukraynanı dəstəkləməsini təmin etdim.”

07:18 28.6.2024

21:59 Trampın səssizliklə bağlı ödənişlə əlaqədar məhkəmə işində məhkum olunması məsələsi ilk dəfə qaldırılır

Debatın təxminən 45-ci dəqiqəsində Prezident Co Bayden nəhayət sabiq Prezident Donald Trampın bu yaxınlarda Nyu Yorkda məhkum olunmasını vurğuladı.

2021-ci il 6 yanvar hücumu ilə bağlı müzakirə zamanı Bayden Trampa istinad edərək, “Bu səhnədə məhkum olunan yeganə şəxs mənim hazırda baxdığım insandır” dedi.

Tramp isə diqqəti öz hüquqi problemlərindən yayındırmağa çalışaraq Baydenin oğlu Hanteri “məhkum” adlandırdı.

O, Baydenin oğlunun bu ayın əvvəlində üç silah ittihamı ilə əlaqədar məhkum edilməsinə istinad edirdi. Tramp həmçinin Baydenlər və Ukrayna ilə əlaqədar iddiaları da təkrarladı.

Daha çox yüklə

XS
SM
MD
LG