Accessibility links

Prezident Co Baydenvə Respublikaçılar Partiyasından prezidentliyə namizəd keçmiş prezident Donald Tramp 27 iyun 2024-cü il tarixində Atlantada CNN-in apardığı debatda iştirak edir.
Prezident Co Baydenvə Respublikaçılar Partiyasından prezidentliyə namizəd keçmiş prezident Donald Tramp 27 iyun 2024-cü il tarixində Atlantada CNN-in apardığı debatda iştirak edir.

Bayden və Tramp arasında debat

05:36 28.6.2024

20:00 Bu debat hər iki namizəd üçün siyasi narrativi yenidən formalaşdırmaq və qərarsız seçiciləri inandırmağa calışmaq üçün bir şansdır.

Demokrat namizəd, hazırkı prezident Baydenin seçiciləri onun 81 yaşında ikən bir sıra çətinliklər fonunda ABŞ-a rəhbərlik etməyə qadir olduğuna əmin etmək imkanı var.

Bu arada isə 78 yaşlı Tramp bu debatdan Nyu York məhkəməsi tərəfindən məhkum olunması faktını geridə qoymaq və on milyonlarla izləyicini temperament baxımından Oval Ofisə qayıtmağa uyğun olduğuna inandırmaq üçün istifadə edə bilər.

- The Associated Press

05:37 28.6.2024

21:07 Trampın vitse-prezidentliyə mümkün namizədkəri binadadır.

Cümə axşamı debatdan sonra Donald Trampın adından media qarşısında çıxış edənlər arasında onun vitse-prezidentliyə namizədi olaraq seçəcəyi ehtimal olunan Respublikaçılar da olacaq.

Planla tanış olan, amma məsələ ilə bağlı danışmaq icazəsi olmayan bir şəxsin dediyinə görə, Ohayo senatoru JD Vans, Şimali Dakota qubernatoru Doq Burquç, Cənubi Karolina senatoru Tim Skott və Florida senatoru Marko Rubio debat sonrası təhlildə Trampı müdafiə edəcəklər.

Onların hamısının Trampın vitse-prezidenliyə namizəd siyahısında olduğu güman edilir və bu axşam sərgiləyəcəkləri performansın həmin rola seçilməkdə mühüm rol oynayacağı gözlənilir.

- The Associated Press

05:46 28.6.2024

05:50 28.6.2024

21:15 İlk sual: İqtisadiyyat

Bayden “sərbəst enişdə” kimi təsvir etdiyi Amerika iqtisadiyyatının təfərrüatlarını izah etdi, Tramp isə vəzifədə ikən iqtisadiyyatın vəziyyəti və pandemiya ilə mübarizə aparma yolu ilə öyündü.

May ayında aparılan Gallup sorğusunda hər 10 amerikalıdan təxminən 3-ü iqtisadiyyatın ölkənin üzləşdiyi ən mühüm problem olduğunu, lakin bunun bir sıra iqtisadi məsələləri əhatə etdiyini bildirib. Təxminən hər 10 nəfərdən 1-i yüksək yaşayış xərcləri və ya inflyasiyanın, hər 10 amerikalıdan təxminən 2-si isə hökumətin/zəif rəhbərliyin ən vacib problem olduğunu bildirib.

Daha çox yüklə

XS
SM
MD
LG