Bir sıra ekspertlərin fikrincə, Rusiya qüvvələrinin Qarabağdan çıxması Moskvanın Cənubi Qafqaz regionunda strategiyasında mühüm dəyişikliyə işarə edərək, Rusiyanın bölgədə hərbi mövcudluğu deyil, iqtisadi təhlükəsizlik və nəqliyyat marşrutlarını prioritetləşdirdiyini göstərir. Ekspertlər region ölkələrinin Rusiya ilə münasibətlərinin dinamikasında dəyişikliklərə diqqət yetirir. Oksford universitetinin Rusiya və Şərqi Avropa tədqiqatları bölməsinin eksperti, Bürsseldə qərargahlanan Avropanın Dostları araşdırma mərkəzinin Təhlükəsizlik və Müdafiə Departamentinin baş elmi işçisi Leyla Əliyeva Amerikanın Səsinə müsahibədə Rusiyanın regionda strategiyası, Cənubi Qafqaz ölkələrinin Moskva ilə münasibətlərində tendensiyalar və Qərbin regionda rolu haqda danışıb.
Rusiyanın Cənubi Qafqazda strateji hesablamaları – Politoloq Leyla Əliyeva ilə söhbət
Mövzuya uyğun
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi