Accessibility links

Cəbrayıl Pakruh mülki zəmanətlə sərbəst buraxılıb


Cəbrayıl Pakruh Təbriz həbsxanasından azadlığa çıxıb (Foto: Abbas Lisani Telegram kanalı)
Cəbrayıl Pakruh Təbriz həbsxanasından azadlığa çıxıb (Foto: Abbas Lisani Telegram kanalı)

Aprelin 13-də polis qüvvələri tərəfindən həbs edilən Təbriz sakini Cəbrayıl Pakruh mülki zəmanət qarşılığında Təbriz Mərkəzi Həbsxanasından azadlığa çıxıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Cəbrayıl Pakruh 100 milyon tümənlik girov müqabilində məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Abbas Lisani adlı Telegram kanalında yayımlanan məlumata görə, Cəbrayıl Pakruh aprelin 13-də kiber-polis qüvvələri tərəfindən səhər saatlarında həbs edilərək, sorğu-suala çəkildikdən sonra Təbriz həbsxanasına köçürülmüşdü.

Azərbaycanlı fəallardan biri olan Fərhad Pakruhun atası Cəbrayıl Pakruhun keçmişdə özünün və oğlunun fəaliyyətləri ilə əlaqədar təhlükəsizlik qurumlarının təzyiqlərinə məruz qaldığını video-görüntü paylaşaraqşərh etdiyi bildirilir.

O, həmin video-görüntülərdə özü, qardaşı və oğlunun polis məmurları tərəfindən ağır şəkildə döyüldüyünü, məhkəmə orqanlarının onların şikayətinə baxmaqdan imtina etdiyini irəli sürmüşdü.

Şikayətinin nəzərə alınmadığını paylaşdığı video-görüntülərdə açıqlayan Pakruh, həmin videonu paylaşdığı üçün polisin şikayəti əsasında o, "yalan məlumat yaymaq" ittihamı ilə prokurorluğa ifadə verməyə çağırılmışdı.

Forum

XS
SM
MD
LG