Accessibility links

Təbrizdə məmurlar tərəfindən döyüldüyünə dair məlumat paylaşan vətəndaş kiber-polis mərkəzinə çağırılıb


Cəbrayıl Pakruh (Mənbə: Abbas Lisani Telegram kanalı)
Cəbrayıl Pakruh (Mənbə: Abbas Lisani Telegram kanalı)

Hüquq müdafiəçiləri Təbriz sakini Cəbrayıl Pakruhun Şərqi Azərbaycan vilayəti kiber-polis mərkəzinə çağırıldığına dair məlumat yayıblar.

Abbas Lisani Telegram kanalının fəalın oğluna istinadən yaydığı məlumata görə, Pakruh telefon vasitəsi ilə kiber-polis mərkəzinə çağırılıb. Telefon edən məmur fəalı müraciət etmədiyi təqdirdə nəzarət altına alınmaqla təhdid edib.

Pakruhun oğlu siyasi fəal Fərhad Pakruh milli və mədəni fəaliyyətləri səbəbilə daha əvvəl həbs və mühakiməyə məruz qalıb.

Cəbrayıl Pakruh keçən həftə sosial şəbəkələrdə bir videogörüntü paylaşaraq özü, qardaşı və oğlunun polis məmurları tərəfində ağır şəkildə döyüldüyünü açıqlamışdı.

Telegram kanalının yaydığı məlumata əsasən, Cəbrayıl Pakruh, qardaşı və oğlu döyüldükdən sonra müalicəyə ehtiyacları olduğuna baxmayaraq, nəzarət altına alınıb və səhiyyə imkanları ilə təmin olunmadan bir gecə nəzarətdə saxlanılmışdılar.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG