Accessibility links

Təbrizdə yalan məlumat yaymaqda ittiham edilən Cəbrayıl Pakruh prokurorluğa çağırılıb


Cəbrayıl Pakruh (Şəkillər Abbas Lisani Telegram kanalından götürülüb.)
Cəbrayıl Pakruh (Şəkillər Abbas Lisani Telegram kanalından götürülüb.)

Təbrizin ümumi və inqilab prokurorluğu Təbriz sakini Cəbrayıl Pakruha məruz qaldığı “yalan məlumat yaymaq” ittihamı ilə əlaqədar çağırış vərəqəsi göndərib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalı kimi mənbələrin yaydığı məlumata görə, Pakruhdan 5 gün ərzində Təbrizin ümumi və inqilab prokurorluğunun 1-ci şöbəsinə müraciət etməsi tələb olunub.

Abbas Lisani Telegram kanalında surəti yayımlanan çağırış vərəqəsində yazılıb ki, “sizin yalan məlumat nəşr etdiyinizə dair polis hesabatı ilə əlaqədar, sizə qarşı irəli sürülən ittihama qarşı özünüzü müdafiə etmək üçün 5 gün ərzində bu şöbəyə müraciət etmənizə qərar verilib. Verilən möhlət ərzində müraciət edilmədiyi təqdirdə həbs qərarı çıxarılacaq”.

“Cəbrayıl Pakruh türk fəallardan biri olan Fərhad Pakruhun atasıdır. O, kemçişdə özünün və oğlunun fəaliyyətləri ilə əlaqədar təhlükəsizlik qurumlarının təzyiqlərinə məruz qalıb” - deyə, HRA agentliyinin saytında bildirilib.

Cəbrayıl Pakruh keçən ilin oktyabr ayından bəri bir neçə dəfə sosial şəbəkələrdə video-görüntülər paylaşaraq özü, qardaşı və oğlunun polis məmurları tərəfindən ağır şəkildə döyülməsi ilə əlaqədar açıqlamalar verib.

O, sözügedən video-görüntüləri paylaşdığı üçün daha öncə Təbriz kiber-polis mərkəzinə də çağırılıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG