Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri müxalif Cumhuriyyət Xalq Partiyası (CHP) üçün böyük qələbə, prezident Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyası (AKP) üçün isə ciddi məğlubiyyət kimi qiymətləndirilir. Prezident Ərdoğan son 20 ildə Türkiyə siyasətində dominant fiqur olub və bir sıra təhlilçilər seçkilərin nəticələrinin Türkiyənin siyasi mənzərəsində dəyişikliklərin baş verə bildiyinə işarə olduğunu bildirirlər. Brukinqs İnstitutunun əməkdaşı Aslı Aydıntaşbaş Amerikanın Səsinə müsahibədə Türkiyə seçkilərinin nəticələrinin ölkənin siyasi gələcəyinə və regiona mümkün təsirlərini şərh edib.
Aslı Aydıntaşbaş: Bələdiyyələr və bələdiyyə başçılarının demokratiya uğrunda mübarizədə böyük önəmi var
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi