Accessibility links

Siyasi fəallar Berlində aksiya keçirib


Demokartik Azərbaycanı Seç (DAS) fəalları Berlində aksiya keçirib
Demokartik Azərbaycanı Seç (DAS) fəalları Berlində aksiya keçirib

Avropada yaşayan siyasi fəallar martın 26-da Berlində Almaniya Xarici İşlər Nazirliyi və Azərbaycanın Almaniyadakı səfirliyi qarşısında aksiya keçirərək həbs olunan jurnalistlərin və siyasi məhbusların azad edilməsini tələb ediblər.

"Demokartik Azərbaycanı Seç" (DAS) mühacir təşkilatının səyi ilə keçirilən aksiyada Azərbaycanda son aylarda jurnalistlərin kütləvi həbsi pislənib, Azərbaycan hakimiyyəti "jurnalist terroru"na son qoymağa çağırılıb.

DAS nümayəndəsi Elbəyi Dadaşov bildirib ki, aksiyada çıxış edən fəallar siyasi məhbusların, o cümlədən professor Qubad İbadoğlunun, Bəxtiyar Hacıyevin, Tofiq Yaqublunun, Ruslan İzzətlinin və başqalarının azadlığını tələb edib, Abzas Media, Kanal 13, Toplum TV media strukturlarının bağlanması, onların əməkdaşlarının, eləcə də digər media fəallarının həbslərinə diqqət çəkiblər.

Aksiya iştirakçıları Azərbaycanda söz azadlığına qarşı repressiyaların və insan hüquqlarının ağır vəziyyətinin aradan qaldırılması üçün Almaniya hökumətinə də bir sıra tələblər irəli sürüblər.

Almaniya XİN saxlanılan jurnalistlərin sərbəst buraxılması, siyasi sifarişli həbslər zamanı işgəncə tətbiq edən polis və istintaq əməkdaşlarının müəyyənləşdirilib məsuliyyətə cəlb edilməsi, bütün növ siyasi təqiblərə son qoyulması üçün Azərbaycan hakimiyyəti ilə ciddi danışıqlar aparmağa çağırılıb.

Siyasi fəallar həmçinin demokratik prinsiplərin bərqərar olunması üçün Azərbaycanın siyasi hakimiyyətinə təzyiq edilməli olduğunu vurğulayıblar.

Forum

XS
SM
MD
LG