Accessibility links

Siyasi məhbus Araz Əman Evin həbsxanasının ümumi bölməsinə köçürülüb


Güneyli fəal Araz Əman
Güneyli fəal Araz Əman

Güneyli milli fəal Araz Əman Evin həbsxanasının 209-cu bölməsindən bu həbsxananın ümumi bölməsinə köçürülüb.

Aznews TV və Araz News Telegram kanallarında yayılan xəbərə görə, azərbaycanlı fəalın dindirilmə prosesinin sona çatmasından sonra o, Kəşfiyyat Nazirliyinin təcridxanası kimi tanına Evin həbsxanasının 209-cu bölməsindən bu həbsxananın ümumi bölməsinə köçürülüb.

Əman ümumi həbsxanaya köçürüldükdən sonra ailəsinə zəng vura bilib və həbsxananın bu hissəsinə köçürülməsi barədə məlumat verib.

Ümumi bölməyə göndərilməsi ilə sorğu-suala çəkmə prosesi dayandırılsa da, onun nəzarət müddəti daha bir ay uzadılıb və məhkəmə orqanları onun müvəqqəti olaraq girov müqabilində azadlığa buraxılmasına mane olub.

Bundan əvvəl azərbaycanlı siyasi məhbusun təhlükəsizlik qüvvələri tərəfindən dindirilməsi zamanı işgəncələrə məruz qalması xəbəri yayılıb ki, həmin xəbərdə, işgəncələr nəticəsində siyasi məhbusun bir neçə dişinin sındığı bildirilib.

Təbriz şəhər sakini Araz Əman keçən fevralın ilk həftəsində İranın müxtəlif şəhərlərində çox sayda milli fəalın həbs edildiyi bir vaxtda Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Nəzarətə alınmasından iki gün sonra o, ailəsi ilə çox qısa telefon danışığında Tehranın Evin həbsxanasındakı Kəşfiyyat İdarəsinin təcridxanasına köçürüldüyünü bildirib.

Əman 40 gündən artıqdır ki, Evin həbsxanasının təcridxanasında işgəncə edilərək dindirilir. Türk fəala qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Forum

XS
SM
MD
LG