ABŞ dövlət katibi Antoni Blinken keçən həftə sonu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. ABŞ Dövlət Departamenti görüşlər zamanı Ermənıstan və Azərbaycan arasında davamlı sülhün əldə edilməsi səylərinin müzakirə edildiyini və dövlət katibinin əvvəlkı danışıqlara əsaslanaraq, ABŞ-ın bu səylərin uğurla başa çatması üçün dəstəyini təkrarladığı qeyd edib. Münhendə Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə üçtərəfli görüşdə uzunmüddətli sülhə nail olunması üçün Avropanın səyləri müzakirə edilib. ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Ceyms Uorlik Amerikanın Səsinə müsahibədə Münhendə üçtərəfli və ikitərəfli görüşlər və Birləşmiş Ştatların sülh prosesində səylərini şərh edib.
Ceyms Uorlik: Azərbaycan və Ermənistan liderlərinin birbaşa danışıqları davam etdirəcəyinə ümid edirəm
Episodes
-
Yanvar 18, 2025
Donald Tramp – prezidentliyə aparan qeyri-ənənəvi yol
-
Yanvar 18, 2025
Aynur Elgünəş və Natiq Cavadlı həbsdə saxlanılıb
-
Yanvar 18, 2025
Ukraynada müharibənin ağır yükünü daşıyan azərbaycanlı iş adamı