Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 13-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın Sünik vilayətinin Nerkin Hand kəndi yaxınlığında yerləşən mövqelərini atəşə tutub. Nəticədə Ermənistanın dörd əsgəri həlak olub, bir əsgəri yaralanıb.
Bu insident Azərbaycan-Ermənistan sərhədində son günlər silahlı insidentlərin fonunda qeydə alınıb. Fevralın 12-də Azərbaycan-Ermənistan sərhədində Azərbaycan hərbçisi yaralandırqdan sonra, növbəti gün insidentlər davam edib.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan və Ermənistan sərhəddində baş verən silahlı insidentə münasibət bildirib.
“Ermənistan-Azərbaycan sərhədində atışma xəbərləri bizi narahat edir. Biz hər iki tərəfi güc tətbiq etməkdən çəkinməyə çağırırıq. Dialoq davamlı sülhə aparan yeganə yoldur”, o, X platformasında açıqlamasında qeyd edib.
Fevralın 12-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan hərbçilərinin Nerkin Hand kəndi yaxınlığındakı mövqelərindən Azərbaycan sərhədçilərini atəşə tutması və bir hərbçinin yaralanması ilə bağlı məlumat yayıb.
Azərbaycanın Dövlət Sərhəd Xidməti fevralın 13-də bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin bazar ertəsi açdıqları atəşə cavab olaraq “Qisas əməliyyatı” keçirib və qarşı tərəfin Nerkin Hand yaşayıçş məntəqəsindəki döyüş postu hədəf alınıb.
Dövlət Sərhəd Xidməti bildirir ki, Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir “təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək”.
Ermənistan Müdafiə Nazirliyinin son məlumatına görə, bölgədə artıq atışma dayandırılıb.Ermənistan müdafiə nazirliyi həlak olan erməni əsgərlərin adlarını açıqlayıb və Azərbaycanı təcavüzdə ittiham edib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistanın Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun (Bakıdan 400 kilometr qərb) Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib və Ermənistan Ordusunun mövqelərindən atəş açılmadığını bildirib.
Erm'nistan xarici işlər nazirliyi yaydığı son bəyanatda Azərbaycan mediasında erməni tərəfin bir gün öncə Azərbaycan sərhədçilərinə atəş açması barədə dolaşan məlumatlar üzrə araşdrıma aparıldığı zaman hücumun baş verməsini "aqressiv addım" kimi qiymətləndirib və Bakını eskalasiyada ittiham edib.
"Azərbaycan rəhbərliyi Cənubi Qafqada sabiltik və təhlükəsizlikdə maraqlı olan qüvvələrin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün danışıqları bərpa etmək səylərini davamlı şəkildə pozmağa cəhd edir," rəsmi Yerevanın bəyanatında bildirilir.
Azərbaycan və Ermənistan arasında silahlı insidentlər iki ölkənin sərhədlərin delimitsaiya komissiyasının ötən ilin sonlarında keçirilən görüşündən sonraya təsadüf edir. Belə ki, bu görüşdən sonta hər iki ölkərin lideri müsahibələrində sülhə gedən yolda çoxsaylı problemlərin olduğunu bildirib.
Forum