Accessibility links

Mahmud Bilgin: Milli fəalların siyasi məhbusların ailələri ilə birlik nümayiş etdirməsi İran hökümətini narahat edir


Mahmud Bilgin
Mahmud Bilgin

Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında həbsdə olan siyasi fəalların ailələrinin məruz qaldığı basqılar və Qara Qışlaq kəndi sakinlərinin ortaq otlaqlarının zəbt edilməsinə etirazları haqqında danışıb.

Bu yaxınlarda Qərbi Azərbaycan vilayətində Urmiyə gölünün şimal sahillərindəki Qara Qışlaq kəndinin sakinləri kəndin otlaqlarında böyük sodium karbonat zavodunun tikintisinə etiraz edərkən İranın polis qüvvələrinin hücumuna məruz qaldılar.

Mahmud Bilgin: Milli fəalların siyasi məhbusların ailələri ilə birlik nümayiş etdirməsi İran hökümətini narahat edir
please wait

No media source currently available

0:00 0:12:31 0:00
Direct link

Mahmud Bilginin sözlərinə görə, “Qara Qışlaqda baş verənlər elə Güney Azərbaycanın bütünlüyündə olan məsələlərin gözəl bir nümunəsidir; yəni, orada rejimin vəhşiliklə əkinçilərə hücum etməsi və o insanların öz yaşam çevrələrini qorumaq üçün ölüm-dirim savaşı aparması. Onların torpaqlarının əlindən alınması.”

Siyasi fəal Qara Qaşlıq sakinlərinin sahil bölgəsində təşkil etdikləri etiraz aksiyasını işarə edərək deyir ki, “biz Qara Qışlaqda kəndlilərin doğrudan da ayıq olduğunu və öz varlıqlarını açıq şəkildə ortaya qoyduğunu gördük. Fikirləşin ki, 80-85 yaşındakı analar və atalar ayağa qalxdılar. Gənclərimiz ayağa qalxdı. Etiraza qatılan bir yaşlı qadın gözəl türkcə şeir oxumaqla həm öz kültürünü göstərir, həm dərdini deyir. Bunu gördük ki, Sepah qüvvələri bunlara məsələlərini dinc şəkildə dilə gətirdikləri üçün necə çirkin davranır.”

Bilgin Azərbaycan Milli Hərəkatına mənsub qüvvələrin Qara Qışlaq sakinləri ilə həmrəyliyini müsbət qiymətləndirib:

“Qara Qışlaq məsələsi milli hərəkatın mediası vasitəsi ilə yayılıb və Güney Azərbaycan gündəmində öz yerini tutub. Bu da çox gözəl bir haldır ki, artıq Azərbaycanın tamamında Qara Qışlaq məsələsi diqqət mərkəzindədir.”

Bir həftə öncə, Təbriz kəşfiyyat təcridxanasında sorğu-sual edilən tanınmış türk fəal Yürüş Mehrəlibəylinin ailəsini görməyə gedən çox sayda milli fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındı.

Mahmud Bilgin hesab edir ki, İran hakimiyyətinin milli fəallar ilə məhbusların ailələri arasında birlik nümayişi sərgiləmərini əngəllməyə çalışır.

“Yürüş Mehrəlibəylinin ailəsi çox böyük bir iş gördü. Yürüşün tutulmasından sonra onun atası, anası, bacısı və qardaşı, hamısı doğrudan bir bütün olaraq onun arxasında durddular. Elə bu rejimə ağır gəldi, hələ qalsın ki, digər şəhərlərdən də milli fəallar və özəlliklə onlar ki, işgəncə altından yeni çıxıblar, toplanıb və getdilər Mehrəlibəyli ailəsi ilə birlik nümayiş etməyə. Yəni, bunu göstərməyə ki, məhbusların ailəsi yalnız deyil və biz ailənin və Yürüşün yanındayıq. Təbii ki, bu rejimin xoşuna gedən bir məsələ deyildi,” Bilgin söyləyib.

Siyasi fəal əlavə edib ki, “İslam Cümhuriyyətinin təhlükəsizlik qüvvələri çalışır ki ailələri təcrid edib və uzaqda tutsun. Öncə ailəni təhdid edirlər ki, danışmayın, deməyin ki, övladınız tutulub! Amma, indi ki, ailələr övladları haqqında danışır və onları müdafiə edir, bu dəfə də ailələrin digər ailələr ilə və ya milli fəallar ilə bir-birlərlərinin yanında olmasını istəmirlər. Bu birlik nümayişi höküməti narahat edir.”

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG