Accessibility links

Metyu Miller: ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Türkiyənin rolunu alqışlayır


Metyu Miller (Matthew Miller)
Metyu Miller (Matthew Miller)

ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında Türkiyənin səmərəli rolunu alqışlayır. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dekabrın 14-də brifinqdə deyib.

"Bu mövzu ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan bütün müzakirələrin bir hissəsidir. Bu, onların mütəmadi olaraq müzakirə etdiyi bir məsələdir. Biz Türkiyənin bu məsələdə səmərəli rolunu alqışlayırıq. Biz Türkiyə xarici işlər nazirinin sülhün mümkün olması ilə bağlı dediyi fikirlərlə razıyıq. ABŞ buna nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir," o bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan və Türkiyənin bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi baxımından mövqeləri eynidir.

“Azərbaycan-Ermənistan arasındakı son razılaşmanı yüksək qiymətləndiririk. Biz bölgədə sülh və sabitliyə çox yaxınıq. Bu istiqamətdə Azərbaycanla əlaqələrimizi yaxından davam etdirəcəyik,” o, qeyd edib.

Nazir Hakan Fidan Qəzzada baş verənlər danışarkən deyib ki, “savaş, qətliam dərhal dayanmalıdır” və beynəlxalq ictimaiyyət bu sahədə üzərinə düşəni yerinə yetirməlidir.

“Beynəlxalq birliyə çağırışımız budur. Uzunmüddətli həll üçün Fələstin dövlətinin qurulması vacibdir,” o deyib.

Forum

XS
SM
MD
LG