Accessibility links

İranın Qərbi Azərbaycan vilayətində toyuq əti qıtlığı həftələrdir davam edir


Qərbi Azərbaycan vilayətində toyuq qıtlığı
Qərbi Azərbaycan vilayətində toyuq qıtlığı

İranın Qərbi Azərbaycan vilayətinədki şəhərlərində, xüsusilə Urmiyədə, bir neçə həftədir ki, toyuq əti qıtlığı problemi yaşanır və rəsmilərin vədlərinə baxmayaraq, hələ də həllini tapmayıb.

İran mediası Urmiyə şəhərində bir neçə gündür toyuq çatışmazlığı probleminin mağazalarda uzun növbələrə səbəb olduğunu yazıb. Həmçinin bu şəhərdə bu qida məhsulunun çatışmazlığı qiymətinin artmasına da səbəb olub.

Urmiyədə toyuq çatışmazlığı yeni məsələ deyil, İLNA xəbər agentliyi bu barədə yazıb ki, "deyəsən, toyuq almaq üçün növbələrin hekayəsi bitmək bilmir və şəhərdə zaman-zaman belə bir problemin şahidi olmaq məcburiyyətindəyik."

Eyni xəbər agentliyinin məlumatına görə, toyuq ətinin təsdiq edilmiş qiyməti 76 min tümən olsa da, bazarda 89 min tümənə, hətta 100 min tüməndən yuxarı qiymətə satılır. Vətəndaşlar saatlarla növbəyə durandan sonra toyuq çatdığı təqdirdə belə baha qiymətlərə toyuq ala bilirlər.

son həftələrdə Urmiyə Kənd Təsərrüfatı İdarəsinin rəsmiləri 10 gün içində toyuq qıtlığı probleminin həll ediləcəyini vəd ediblər, lakin hələ də bu məsələ həllini tapmayıb. Urmiyə Kənd Təsərrüfatı İdarəsinin rəsmiləri vilayətdə toyuq qıtlığının səbəbini istehsal müəssisələrində baş verən xəstəlik olaraq qeyd etsə də, satıcılar və baytarlıq məsulları toyuq məhsulunun paylanması prosesində düzgün idarəetmənin olmaması ilə bağlı olduğunu irəli sürür.

Fars xəbər agentliyi şəhərdən videoreportaj yayaraq bildirib ki, Qərbi Azərbaycan valiliyi, Urmiyə qubernatorluğu və Kənd Təsərrüfatı İdarəsi bu problem barəsində cavab verməyə hazır olmayıblar.

Səlahiyyətlilərin problemə bu şəkildə yanaşması ilə əlaqədar Mehr xəbər agentliyi yazıb ki, "hər ay toyuq bazarı müxtəlif problemlərlə insanların narazılığına səbəb olur və səlahiyyətli şəxslər çarəni düşünmək əvəzinə məsuliyyəti bir-birinin üzərinə atırlar."

İslam Respublikası öz vətəndaşlarını çörək və toyuq kimi ərzaq məhsulları ilə təmin etməkdə bir çox problemlərlə üzləşib və zaman-zaman ərzaq çatışmazlığı kritik səviyyəyə çatanda xəbər başlıqlarına çevrilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG