Accessibility links

Urmiyədə Novruz ərəfəsində əhali bahalıqdan, dukan sahibləri isə bazarın durğunluğundan şikayətlənir


Novruz bayramı ərəfəsində İranın müxtəlif şəhərlərində əhalinin iqtidadi durumu və satın alma gücünü daha aydın şəkildə görmək mümkün olur.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinin hazırladığı reportaja görə, Novruz bayramına iki həftədən az qalmasına rəğmən Urmiyədə bazar əvvəlki illər kimi izdihamlı deyil. Əhalinin satın alma gücünün olduqca azaldığı bildirilir.

"İLNA müxbirinin Urmiyə bazarı və şəhərdəki müxtəlif ticarət mərkəzlərində apardığı sahə araşdırmaları göstərir ki, şirniyyat, çərəz və meyvə-tərəvəzdən tut düyü, qırmızı ət, toyuq və balığa qədər qiymətlər çox yuxarıdar və bu mallara olan tələb olduqca azalıb" , agentliyin reportajında dərc edilib.

Sağlıq sektorunda çalışan Əlirza Həsəni İLNA-ya deyib ki, maaş və bayramlıq bayram xərclərinə yetmir. Yaxşı meyvə-tərəvəz, şirniyyat və çərəz qiyməti o qədər yüksəkdir ki, çox az insanın bunları almağa gücü çatır. 3 il panmdemiya məhdudiyyətlərindən sonra builki Novruz bayramında da bahalıq ailə-əqrəbanın bir araya gəlməsinə mane olur.

Dükançılar da vəziyyətdən məmnun deyil. Agentliyə danışan mağaza sahibləri 3 il sonra pandemiya məhdudiyyətləri olmadan ilk Novruz bayramı ərəfəsində satış vəziyyətinin gözlədikləri kimi olmadığını deyiblər.

"Builki Novruz bayramı və Ramazan üst-üstə düşüb və təbii olaraq bazarın ikiqat izdihamlı olacağı gözlənilirdi. Ancaq vəziyyət keçən illərdə ayrı olan Novruz və Ramazan ərəfəsində olduğundan da daha pisdir. Ağır dolanışıq şəraiti əhalinin alış-veriş səbətlərini kiçildib" , Urmiyənin İmam küçəsində bir ərzaq mağazasının sahibi bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG