Təbriz şəhərində milli fəallar İran Azərbaycanının milli mücadilə bayrağının stikerlərini paylayıb və müxtəlif yerlərə yapışdırıblar.
Sosial medida yayımlanan şəkillərdə bu stikerlərin üzərində "Düşüncəmizin adı Yürüş" yazılıb. Həmin stikerlər həbs olunan güneyli siyasi fəal Yürüş Mehəlibəyliyə dəstək məqsədilə paylandığı güman edilir.
Şəkillərdən də göründüyü kimi Təbriz bələdiyyə binası, Ərk qalası və şəhərin ən çox ziyarət edilən yerlərində, Təbrizin ticarət mərkəzlərində və məhəllələrində divarlara bu stikerlər yapışdırılıb. Həmçinin stikerlər ictimai nəqliyyat vasitələrində də quraşdırılıb.
Bu aksiyalar milli fəalların uzun müddət Təbriz Kəşfiyyat İdarəsinin təxridxanasında həbsdə saxlanılmasına, onlara və ailələrinə qarşı təhdid, basqı və təzyiqlərə etiraz olaraq həyata keçirilir.
Ölkədə hər hansı bir media yaradılmasının və nəşrlərdə tənqidi məzmunun qadağan edilməsi, bütün sosial media platformalarının ölkədə bloklanması və təhlükəsizlik qüvvələrinin milli fəalların virtual aləmdə yayımladığı məzmuna nəzarəti və ifadə azadlığının kəskin məhdudlaşdırılması nəticəsində milli fəallar şəhərlərdə plakatlar və elanlar yaymaqla insanları maarifləndirməyə çalışırlar.
Bölgədəki hüquq müdafiəçiləri və milli fəallar Təbrizdə həbs edilən fəalların fiziki işgəncələrə məruz qalması ehtimalı və onların sağlamlıq vəziyyətindən narahat olduqlarını bildirirlər.
Forum