Accessibility links

Təbrizdə həbsdə olan Murtuz Nurməhəmmədiyə qarşı yeni ittihamlar irəli sürülüb


Murtuz Nurməhəmmədi Nadarlı
Murtuz Nurməhəmmədi Nadarlı

Sentyabr ayının 9-da İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındıqdan bəri Təbrizdə kəşfiyyat şöbəsinin təcridxanasında saxlanılan Murtuz Nurməhəmmədiyə qarşı başqa bir məhkəmə işi ilə əlaqədar yeni ittiamlar irəli sürülüb.

Abbas Lisani Telegram kanalının yaydığı məlumata görə, Nurməhəmmədi Nadarlı keçən günlərdə yeni ittihamların oxunması üçün Təbrizdən Şəbistər şəhərinə aparılıb.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçiləri fəala qarşı irəli sürülən yeni ittihamların nə olduğuna dair məlumat əldə edə bilməyiblər. Nurməhəmmədi ittihamlar oxunduqdan sonra Şəbistər ümumi və inqilab prokurorluğundan Təbriz kəşfiyyat şöbəsinin təcridxanasına qaytarılıb.

Keçən sentyabr ayından bəri Təbrizdə saxlanılan türk fəallar Murtuz Nurməhəmmədi Nadarlı, Davud Şiri, Araz İbrahimnejad, Cavad Sudbər, Əmirhüseyn Ağayi, Əli Babayi, Seyyid Məhəmmədrza Müvəhhid, Mehrdad Qadiri, Hüseyn Azadi, İbrahim Əvəzzadə və Nasir Rəzmcunun nəzarət müddəti bir neçə dəfə uzadılıb.

Nurməhəmmədi sentyabrın 9-da Şəbistər şəhristanı Sufiyan şəhərinin qeydiyyat şöbəsinə müraciəyt etdiyi zaman kəşfiyyat məmurları tərəfindən saxlanılıb. O, yeni dünyaya gələn qızının şəxsiyyət vəsiqəsi işləri üçün şöbəyə müraciət etmişdi. İranın vətəndaşlıq qeydiyyatı idarəsi Nurməhəmmədi ailəsinin övladlarına seçdikləri ‘Hunay’ adı ilə şəxsiyyət vəsiqəsi verməyi rədd edib.

Forum

XS
SM
MD
LG