Noyabrın 14-də İsrailin Azərbaycandakı səfirliyi HƏMAS tərəfindən saxlanılan girovların azadlığa buraxılması çağırışı ilə aksiya təşkil edib.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Facebook səhifəsində yazıb.
Aksiyada bir sıra ölkələrin Bakıdakı səfirləri, həmçinin Azərbaycan parlamentinin üzvləri iştirak edib.
Aksiya zamanı girovluqda olan israilli uşaqların fotoları nümayiş etdirilib və uşaq ayaqqabıları düzülüb. İşrirakçılar havaya qırmızı rəngli şarlar buraxmaqla dəstəklərini bildirib.
“33 körpə və uşaq da daxil olmaqla Qəzzada 40 günə yaxındır HƏMAS tərəfindən saxlanılan 240 girovu dərhal azad etmək üçün Azərbaycan parlament üzvləri və səfirlər rəmzi çağırışla Bakıdakı səfirliyimizdə səmaya hava şarlarının buraxılmasına qoşuldular. Ailələrin tək olmadıqlarını bilmələrini istəyirik. Biz bir yerdəyik, onların yaxınlarının sağ-salamat evlərinə qayıtması diləyimizdə həmrəyik!” səfir qeyd edib.
Forum