Accessibility links

Netanyahu: HƏMAS xəstələrin Qəzza xəstəxanasından təhlükəsiz çıxarılmasını əngəlləyir


İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Qəzzanın mühasirəsində olan Şifa xəstəxanasındakı xəstələrin təhlükəsiz şəkildə evakuasiya edilə bilməməsi üçün "heç bir səbəb olmadığını" desə də, HƏMAS militantlarının "onların zərər görməsi üçün hər şeyi etdiklərini" iddia edib.

İsrail lideri CNN-in “State of the Union” verilişinə 100 xəstənin xəstəxanadan çıxarıldığını və yaxın ətraflarda yaşayan on minlərlə fələstinlinin cənuba doğru gedən “təhlükəsiz dəhlizlər”lə ərazidən köçdüyünü deyib.

Lakin Qəzzanın ən böyük xəstəxanası yaxınlığında İsrail-HƏMAS döyüşləri davam edir və xəstəxananın direktoru Məhəmməd Əbu Səlmiyə müəssisənin qarşıdurma ilə əhatə olunduğunu deyib.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan CBS News-un “Face the Nation” proqramına deyib ki, ABŞ “günahsız insanların, tibbi yardım alan xəstələrin atəşə tutulduğu xəstəxanalarda atışma görmək istəmir və biz bununla bağlı İsrail Müdafiə Qüvvələri ilə aktiv məsləhətləşmələr aparırıq.

Yanacaq təchizatı azaldığı üçün xəstəxanada bəzi xəstələrin müalicəsi dayandırılıb, nəticədə iki körpə ölüb və onlarla xəstə risk altında qalıb.

Netanyahu təfərrüatları açıqlamadan İsrailin “şifa xəstəxanasına yanacaq təklif etdiyini”, lakin “onların bundan imtina etdiyini” bildirib.

Bu arada, Sallivan ABŞ xəbər tok-şoularına bildirib ki, ABŞ İsrail, Qətər və Misir rəsmiləri ilə Qəzzada Həmas tərəfindən saxlanılan 240-a yaxın girovu, o cümlədən doqquz amerikalı və ABŞ-da işləmək hüququ olan bir əcnəbi vətəndaşı azad etmək üçün "aktiv şəkildə işləyir".

İsrail lideri ABŞ-ın müharibə bitdikdən sonra Qəzza və İordan çayının qərb sahilinin Fələstin administrasiyasının nəzarət etməsi təklifini rədd etməkdə davam edib.

Netanyahu bildirib ki, nəzarət “yenidən qurulmuş mülki hakimiyyət”də olmalıdır, çünki Fələstin administrasiyası HƏMAS-la döyüşmək istəmir və “onlar uşaqlarını İsrailə qarşı nifrət hissi ilə böyüdürlər”.

Fələstin rəsmilərinin bildirdiyinə görə, ölən fələstinlilərin sayı durmadan artaraq 11 000-dən çoxdur, onların təxminən 40%-i uşaqlardır.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri deyib ki, hər 10 dəqiqədə 1 uşaq ölür.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG