Accessibility links

Defence Industry Europe: Azərbaycan İsraildən Barak MX hava hücumundan müdafiə sistemləri almağa qərar verib


Barak MX Zenit Raket Kompleksi (Mənbə: Israel Aerospace Industries)
Barak MX Zenit Raket Kompleksi (Mənbə: Israel Aerospace Industries)

Azərbaycan 1,2 milyard ABŞ dolları dəyərində müqavilə ilə İsraildən əlavə İsrail istehsalı olan Barak MX hava hücumundan müdafiə sistemləri almağa qərar verib.

Bu barədə Defence Industry Europe saytı məlumat yayıb.

“Bir neçə ay əvvəl Defence Industry Europe tərəfindən bildirildiyi kimi, Israel Aerospace Industries (IAI) Azərbaycanda Barak MX sistemlərinin uğurlu nümayişini həyata keçirib. İsrail Azərbaycana müdafiə sistemlərinin əsas tədarükçüsüdür. Bunlardan Ermənistanla son vaxtlar intensivləşən münaqişədə çox istifadə olunub”, məlumatda qeyd edilir.

Sayt bildirir ki, Azərbaycanın rəsmi məlumatına görə sınaq bu çox təkmil sistemin müxtəlif versiyalarının çoxlu buraxılışını əhatə edib.

Sayt əlavə edib ki, Israel Aerospace Industries hava hücumundan müdafiə sisteminin bəzi versiyaları Azərbaycanda bir neçə ildir ki, fəaliyyət göstərir, lakin bu yaxınlarda keçirilən nümayişdə ən son təkmilləşdirilmiş versiyalardan bəziləri var.

Barak MX modul tipli hava hücumundan müdafiə sistemidir, raket və təyyarə təhlükələrini aradan qaldırmaq üçün nəzərdə tutulub. O, həm dəniz platformalarında, həm də quruda fəaliyyət göstərir və Barak raket ailəsinə aiddir.

Barak MX sistemi istənilən mövcud və yeni sensorlarla sadə inteqrasiyaya qadirdir. Bütün Barak MX Land Deployable komponentləri daimi infrastrukturdan idarə oluna və ya yük maşınına quraşdırıla və müvəqqəti əməliyyat sahələrinə yerləşdirilə bilər.

Israel Aerospace Industries-in məlumatına görə, Barak MX-in innovativ, proqrama əsaslanan modul yanaşması əməliyyatda təhdidlərə sadə uyğunlaşmanı təmin edərək bütün hava şəraitində, gecə-gündüz fəaliyyət göstərir.

Azərbaycanın rəsmi qurumları bu xəbəri hələ təsdiq etməyib. Bununla yanaşı Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 13-də yaydığı məlumatda deyilir ki, 2023-cü ilin hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri Barak raket ailəsinə daxil olan İldırım (Barak) 8-ER Zenit Raket Kompleksindən atışları icra edib.

“Atış çalışmalarında döyüş heyətləri tərəfindən “İldırım 8-ER” Zenit Raket Kompleksinin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması, eləcə də şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib”, Azərbaycan Müdafiə Nazirliyi qeyd edib.

Müdafiə Nazirliyi Zenit Raket Kompleksinin sınağını əks etdirən videdo da yayıb.

Forum

XS
SM
MD
LG