Accessibility links

Yürüş Mehrəlibəyli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib


 Yürüş Mehrəlibəyli
Yürüş Mehrəlibəyli

Güneyli siyasi fəal Yürüş (Ayət) Mehrəlibəyli noyabrın 7-də axşam saatlarında Culfa şəhərində İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bu məlumatı Mehrəlibəylinin həyat yoldaşı Sona Fərəczadə Instaqram səhifəsində açıqlayıb.

Sosial mediada yayımlanan məlumata görə, Mehrəlibəyli avtomobilinin təmirə buraxdığı təmir sexində təhlükəsizlik qüvvələri təmir sexinin sahibini Yürüş Mehrəlibəyliyə zəng vurmağa və onu həmin yerə çağırmağa vadar ediblər. Daha sonra təhlükəsizlik qüvvələri təmir sexinə gələn siyasi fəalı həbs ediblər.

Yürüş Mehrəlibəyli Culfa şəhərinin Hadişəhr şəhərində beş mülki geyimli təhlükəsizlik agenti tərəfindən həbs edilərək naməlum yerə aparılıb. Milli fəalın həbsinin səbəbləri, ona qarşı irəli sürülən ittihamlar və onun harada olması ilə bağlı heç bir məlumat yoxdur.

Yürüş Mehrəlibəyli daha əvvəl də siyasi fəaliyyətlərindən dolayı həbs edilib və uzunmüddətli həbs cəzasına məhkum edilib.

Lakin 2013-cü ildə Yeni-GAMOH təşkilatının üzvlərindən olan Yürüş (Ayət) Mehrəlibəyli, digər 5 fəal o cümlədən Lətif Həsəni ilə birgə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, məhkəmə tərəfindən "milli təhlükəsizliyi pozmaq məqsədilə qanunsuz qruplaşmada iştirak etmək" ittihamı ilə 8 il və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq " ittihamı ilə 1 il həbs cəzasına məhkum edilmişdi. Təşkilatın digər üzvləri də bənzər ittihamlarla suçlanaraq həbs edilmişdi.

Son aylarda İran Azərbaycanının müxtəlif şəhərlərində, xüsusilə Təbrizdə ondan çox milli fəal həbs edilib və onlar iki aydan artıqdır ki, təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirilir.

Forum

XS
SM
MD
LG