Accessibility links

İranın Şərqi Azərbaycan vilayətində daha bir mədəni fəal həbs edilib


İranın Şərqi Azərbaycan vilayətinin Tufarqan (Azərşəhr) şəhərində saxlanılan mədəni fəal Sabir Hüseynzadə həbsindən bir həftədən çox vaxt keçməsinə baxmayaraq, ona qarşı irəli sürülən ittihamlar aydınlaşdırılmadan həbsi davam edir.

HRA xəbər agentliyinin verdiyi məlumata görə, Hüseynzadə oktyabrın 15-də Tufarqanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

On günlük həbsdə olduğu müddətdə o, vəkilə çatım hüququndan məhrub edilib. Ailəsi təhlükəsizlik qüvvələrinin və məhkəmə orqanlarının hədələri ilə onun həbsi barədə bölgədəki hüquq müdafiəçilərinə məlumat verməkdən imtina etmişdi.

Human Rights in İran saytının yaydığı məlumata görə, Hüseynzadənin həbsindən 10 gün keçməsinə baxmayaraq, bu müddət ərzində ailəsi onun zaminə buraxılması üçün çox səylər göstərsə də, işin müstəntiqi onun azadlığa buraxılması üçün qərar verməkdən imtina edir.

Sabir Hüseynzadənin saxlanma səbəbləri, ona qarşı irəli sürülən ittihamlar və saxlandığı yer hələ ki açıqlanmayıb.

Forum

XS
SM
MD
LG