Accessibility links

Vəkil Məhəmmədrza Fəqihiyə qarşı birləşmə və sözləşmə ittihamı irəli sürülüb


Məhəmmədrza Fəqihi
Məhəmmədrza Fəqihi

vokalapress.ir saytı Məhəmmədrza Fəqinin vəkilinə istinadən xəbər verib ki, məhkəmə onu "birləşmə və sözləşmə"də ittiham edib.

Vəkil Məhəmmədrza Fəqihi bundan əvvəl Tehran İnqilab Məhkəməsi tərəfindən oktyabrın 10-da məhkəmə iclasına çağırılmışdı. Mahmud Behzadi-Rad və Zəhra Minuyi bu işdə hüquqşünas Məhəmmədrza Fəqihinin müdafiəsini öz üzərinə götürüblər.

Məhkəmə iclası zamanı hakim Məhəmmədrza Fəqihinin vəkillərindən biri olan Behzadi-Radın məhkəməyə daxil olmasına mane olub və nəticədə müttəhim və vəkilləri iclasda iştirak etməkdən imtina ediblər.

Behzadi-Radın vokalapress.ir saytına verdiyi açıqlamaya görə, vəkil Məhəmməd-rza Fəqihi məhkəmə iclasına daxil olmaqdan imtina edərək, hakimin hərəkətini qanunsuz hesab edib və onu hakimlər məhkəməsinə şikayət edib.

Məhəmmədrza Fəqihi keçən il oktyabrın 12-də Tehranın Arjantin küçəsində yerləşən Vəkillər Kollegiyası binasının önündə keçirilən mitinqdə digər vəkillər ilə birgə həbs edilmişdi.

Vəkillərin keçirdiyi bu mitinq "etirazçıların hüquqları və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına" etiraz məqsədilə keçirilmişdi. Tehranda yaşayan azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi daha sonra oktyabrın 25-də zaminə buraxıldıqdan sonra Tehranın Evin həbsxanasından müvəqqəti olaraq azad edildi.

Fəqihinin vəkilinin sözlərinə görə, vəkillərin Tehranda keçirilən həmin etiraz mitinqində həbs olunan bütün digər vəkillərin ümumi əfv sərəncamı çərçivəsində məhkəmə işləri bağlanıb, lakin Məhəmmədrza Fəqihinin işi, o peşmanlığını ifadə etdiyini ehtiva edən bir məktub hazırlayıb məhkəməyə təqdim etmədiyi üçün, amnistiyaya daxil edilməyib.

Əvvəllər azərbaycanlı milli fəalların müdafiəsini öz üzərinə götürən bu vəkil bundan öncə də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG