Güneyli fəal Əşkan Səadətmehr Urmiyə həbsxanasından müvəqqəti olaraq azad edilib. Bu barədə insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.
Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, o, təqribən 20 günlük həbsdə saxlanıldıqdan sonra bir milyard tümən girov müqabilində Urmiyə həbsxanasından zaminə buraxılıb.
Səadətmehr sentyabrın 20-də həbs edilib və bir neçə gündən sonra Urmiyə həbsxanasına köçürülmüşdü. O, "rejimə qarşı təbliğat fəaliyyəti aparmaq" və "müqəddəsləri təhqir etmək" ittihamları ilə üzləşib.
Əşkan Səadətmehr bundan əvvəl də dinc fəaliyyətlərinə görə həbs edilmişdi.
Urmiyə şəhəri sakini olan türk fəalın həbsdə olduğu zaman ailəsi tərəfindən mülki zəmanət təmin edilməsinə rəğmən məhkəmə səlahiyyətliləri onun müvəqqəti olaraq azadlığa buraxılmasına mane olduğu bildirilib.
Son aylarda Urmiyə gölünün vəziyyətinin pisləşməsi və ölkədə ümummili etirazların ildönümü ərəfəsində İran Azərbaycanında milli fəallara qarşı təzyiqlərin artdığı müşahidə olunur. Hazırda Təbrizdə 10 milli fəal təqribən iki aya yaxındır ki, təühlükəsizlik qüvvələrinin nəzarəti altında sorğu-suala çəkilir və onların nəzarətdə saxlanılma müddəti dəfələrlə uzadılıb.
Forum