Accessibility links

Təbriz və Urmiyədə bəzi fəallar kəşfiyyat şöbələrinə çağırılıb


Təbriz və Urmiyədə kəşfiyyat şöbəsinə çağırılan milli fəallar
Təbriz və Urmiyədə kəşfiyyat şöbəsinə çağırılan milli fəallar

İran Azərbaycanında Urmiyə gölünün kritik vəziyyəti ilə bağlı təşkil olunan etiraz və maarifləndirmə kampaniyalarının genişlənməsi ilə birlikdə Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə mədəni və siyasi fəallara qarşı təzyiqlərin də artdığı bildirilir.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Şərqi Azərbaycan və Qərbi Azərbaycan kəşfiyyat baş idarələrinin məmurları şənbə günü bəzi fəallara zəng edərək onlardan şöbəyə müraciət etmələrini tələb ediblər.

Araz News saytı və Abbas Lisani Telegram kanalı kimi mənbələrin yaydığı məlumata əsasən, Təbrizdə Vəhid Əbhəri və Sara Turi, Urmiyədə isə Əşkan Səadətmehr kimi fəallara zəng edilib.

Fəallardan kəşfiyyat idarəsinin informasiya qərargahına müraciət etmələri tələb olunub.

Bu fəallar daha əvvəl də siyasi və mədəni fəaliyyətləri səbəbilə mühakimə olunub və təhlükəsizlik qurumlarının təzyiqləri ilə üzləşiblər.

Hüquq müdafiəçilərinin məlumatına görə, keçən günlərdə şair Nigar Xiyavi, yazar Rüqəyyə Kəbiri və sənətkar Fatma Dadaşzadə də Təbriz kəşfiyyat şöbəsində dindiriliblər. Nigar Xiyavinin evində məmurlar tərəfindən axtarış aparıldığına dair məlumat yayılıb.

Qadın fəallara qarşı təzyiqlərin bu yaxınlarda Təbrizdə bir qrup qadın fəal tərəfindən Urmiyə gölü ilə əlaqədar keçirilən mitinq ilə bağlı olduğu bildirilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG