Oktyabrın 10-da BMT missiyasının texniki heyəti vəziyyətlə tanış olmaq və əhalinin humanitar ehtiyaclarını müəyyən etmək üçün Qarabağa yola düşüb.
Bu barədə Amerikanın Səsinə BMT-nin Bakıdakı nümayəndəliyindən bildiriblər.
Missiyanın tərkibinə BMT-nin rezident-əlaqələndirici ofisinin və Birləşmiş Millətlərin ixtisaslaşmış institutlarının əməkdaşları daxildir.
Qeyd edək ki, BMT missiyası bundan öncə oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir.
Forum