Accessibility links

Azərbaycanın İsraildəki səfirliyi azərbaycanlıların xəsarət alması barədə məlumat daxil olmadığını bildirir


Polis zabitləri raketin vurduğu ərazidən qadın və uşağı evakuasiya edirlər. Aşkelon, cənubi İsrail. 7 oktyabr, 2023.
Polis zabitləri raketin vurduğu ərazidən qadın və uşağı evakuasiya edirlər. Aşkelon, cənubi İsrail. 7 oktyabr, 2023.

Bu ana qədər İsraildəki hadisələr zamanı xəsarət alan azərbaycanlılar barədə Azərbaycan səfirliyinə məlumat daxil olmayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Azərbaycanın İsraildəki səfirliyi bu ölkədəki silahlı qarşıdurma ilə bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

“İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyyə edirik", Azərbaycanın İsraildəki səfirliyinin X (keçmiş Twitter) hesabındakı paylaşımda qeyd edilib.

İlkin məlumata görə, İsraildə səfərtdə olan Azərbaycanlı müğənni Samirə Əfəndi sosial hesabında Tel Əvivdə hotelin sığınacağına yerləşdirildiyini bildirib. Azərbaycanın İsraildəki səfirliyi bildirirb ki, müğənni Samirə Əfəndi və yaxınları ilə təmasdadırlar.

Tel Əviv sakini və Tel Əviv Universitetinin professoru Lev Eppelbaum səhərdən bəri şəhərdə ən azından 20 hava sirenasının eşildiyini bildirib. O, azərbaycanlılar arasında tələfat və ya xəsarətlə bağlı məlumat almadığını deyib.

"İndiyə qədər dost çevrəmdə və ya tanışlarım arasında nə yaralı var, nə də ölən var," Eppelbaum Amerikanın Səsinə bildirib.

Oktyabrın 7-də səhər HƏMAS təşkilatı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirib, hücumlara başlayıb. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. Artıq dinc sakinlər arasında ölənlər və çoxsaylı yaralananların olduğu bildirilir.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG