Accessibility links

İsrail Baş naziri və Azərbaycan Prezidentinin köməkçisi əməkdaşlığın perspektivlərini müzakirə edib


Benyamin Netanyahu və Hikmət Hacıyev (Mənbə: Azərbaycanın İsraildəki səfirliyi)
Benyamin Netanyahu və Hikmət Hacıyev (Mənbə: Azərbaycanın İsraildəki səfirliyi)

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və İsrail Baş naziri Binyamin Netanyahu iki ölkə arasında əlaqələrin perspektivlərini müzakirə edib.

Azərbaycanın İsraildəki səfirliyi sentyabrın 6-da X (keçmiş Twitter) sosial şəbəkəsində bildirib ki, Binyamin Netanyahu Hikmət Hacıyevi qəbul edib.

"Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub", səfirliyin məlumatında qeyd olunub.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi isə sentyabrın 5-də iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi və regional məsələləri müzakirə edib.

Azərbaycan Prezidentinin köməkçisinin İsraildə yüksək səviyyəli görüşləri regionda gərginliyin artdığı bir dövrə təsadüf edir.

Forum

XS
SM
MD
LG