Sentyabrın 16-da İranda 22 yaşlı Məhsa Əmininin hicab qaydlarına əməl etmədiyi iddiası ilə saxlanmasının ardınca polis nəzarətində ölümü və bundan sonra başlayan etirazlardan bir il keçir. Kürd əsilli Məhsa Əmininin ölümü İranda ölkə boyu bütün etnik azlıqların yaşadığı bölgələri əhatə edən geniş etirazlara səbəb oldu. İslam Respublikası hakimiyyəti və dini liderlər əleyhinə aksiyalar xarakterini alan etirazlar İran hakimiyyəti üçün islam inqilabından bəri ən ciddi sınaq hesab edilir. İranın azərbaycanlıların yaşadığı bölgələrində də minlərlə insan öz tələbləri və şüarlarını səsləndirərək bu etiraz aksiyalarına qoşuldu. Vaşinqton Universitetinin sosiologiya üzrə doktorantı Ramin Cabbarlı Amerikanın Səsinə müsahibədə İranda etirazların nəticələri, azərbaycanlıların tələbləri və bu yaxınlarda Polşada İqtisadi Forumda İranda azərbaycanlıların problemlərinə həsr olunan müzakirələr barədə danışıb.
Ramin Cabbarlı: Bu son bir il İran Azərbaycanında repressiyalar, həbslər, ölümlər və işgəncələrlə yadda qaldı
Episodes
-
Dekabr 18, 2024
Türkiyə 2025-ci ildə vasitəçilik rolunu artırmağa çalışır
-
Dekabr 18, 2024
ABŞ üzərində görülən müəmmalı dronlar suallar doğurur
-
Dekabr 18, 2024
Gürcüstanda yeni prezident seçilib