Accessibility links

ABŞ-ın Azərbaycandakı Səfirliyində 11 sentyabr terror qurbanlarının xatirəsi yad edilib


ABŞ-nın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara
ABŞ-nın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara

ABŞ-nın Azərbaycandakı Səfirliyində 11 sentyabr hücumlarının ildönümü qeyd edilib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyin Facebook sosial şəbəkə hesabında paylaşım edilib.

"Bu gün müvəqqəti işlər vəkili Hüqo Qevara başda olmaqla, səfirlik əməkdaşları 11 sentyabr hücumlarının ildönümünü qeyd edib, həyatını itirən insanları xatırlayıblar. Biz Azərbaycanın faciəvi zaman kəsimində ABŞ-nin yanında olmasını heç vaxt unutmayacağıq", paylaşımda bildirilib.

ABŞ-ın anti-terror səylərində Azərbaycanın rolu

Siyasi tədqiqatçı Fuad Şahbazov Amerikanın Səsinə bildirib ki, 11 sentyabr hadisələri ümumilikdə beynəlxalq təhlükəsizlik konsepsiyasına yeni bir baxış gətirib.

Onun fikrincə, bu baxımdan 2020-ci ilə qədər davam edən ABŞ başda olmaqla NATO alyansına daxil olan digər müttəfiq ölkələrin iştirak etdiyi uzunmüddətli anti-terror əməliyyatlarının əsası qoyuldu. Bu, 2022-ci ilə qədər davam etdi.

Fuad Şahbazov: Azərbaycan ABŞ-ın başçılığı ilə anti-terror səylərinə öz töhfəsini verib
please wait

No media source currently available

0:00 0:01:55 0:00

“Ümumilikdə bu ideoloji olaraq Əfqanıstanda və qonşu ərazilərdə yerləşən Taliban hərəkatı və Əl-Qaidə kimi radikal islamçı terrorçu təşkilatlarının birbaşa iştirak etdiyi və təbliğ etdiyi radikal islamçı ideologiaya qarşı bir mübarizə idi” - deyə siyasi tədqiqatçı qeyd edib.

Onun sözlərinə görə, NATO müttəfiqləri və NATO-ya üzv olmayan Azərbaycan kimi digər tərəfdaş ölkələr müəyyən mənada bu missiyaya öz töhfəsini veriblər.

“Azərbaycan öz səmasını NATO ölkələrinin hərbi yük daşımaları üçün açıq etmişdir. Bu illər ərzində Əfqanıstana gedən NATO hərbi təyyarələri əsasən Azərbaycan hava səmasından gedirdilər. Eyni zamanda, Azərbaycanın kiçik saylı hərbi kontengenti Əfqanıstandakı sülh kontengentinin bir parçası idi”, Fuad Şahbazov əlavə edib.

Siyasi tədqiqatçı hesab edir ki, sülh naminə tərəfdaşlıq proqramının iştirakçısı kimi Azərbaycanın bu səylərdə iştirakı diplomatik nəticələr baxımından uzun müddətdə ölkə üçün vacıb məqamdır.

Xatırlatma

2001-ci ilin 11 sentyabrında “Əl-Qaidə” terror təşkilatının 19 üzvü ABŞ-da ələ keçirdikləri 4 sərnişin təyyarəsinin ikisini Nyu-Yorkda o vaxt üçün ən hündür tikili olan Dünya Ticarət Mərkəzinin (World Trade Center) qoşa binalarına, digərini isə Vaşinqton yaxınlığındakı Pentaqon binasına çırpıblar. Dördüncü təyyarə isə Pensilvaniya ştatı üzərində qəzaya uğrayıb. Terror hücumları nəticəsində 2977 insan həyatını itirib.

Forum

XS
SM
MD
LG