Accessibility links

Pakistan məhkəməsi İmran Xanın həbsdə qalmasına qərar verib


Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanın həbsdən azad edilməsinə imkan verməyib.

Məhkəmə çərşənbə günü hakimiyyətin Xana qarşı dövlət sirlərini sızdırmaq ittihamı irəli sürdüyü üçün onun daha 14 gün həbsdə qalmalı olacağı barədə qərar çıxarıb. Sərəncam başqa bir məhkəmənin Xanın vəzifədə dövlət hədiyyələrini satmaqda və onların gəlirlərini gizlətməkdə ittihamlarla bağlı həbsini dayandırmasından bir gün sonra verilib. Avqustun 5-də üç il müddətinə azadlıqdan məhrum edilən Xan paytaxt İslamabadın şimal-qərbindəki həbsxanaya aparılıb.

Çərşənbə günü çıxan qərar o, vəzifədə olarkən şifrə kimi tanınan rəsmi diplomatik teleqramın itməsi ilə bağlı iddialarla əlaqədardır.

70 yaşlı Xan terror və üsyandan tutmuş, korrupsiya və qətlə qədər, uzun-uzadı cinayət ittihamları ilə üzləşir. Xan iddia edib ki, onun və siyasi partiyası "Pakistan Təhrik-i-İnsaf"ın (PTI) növbəti ümummilli seçkilərdə iştirakına mane olmaq üçün bütün hüquqi problemlərin arxasında ölkənin güclü ordusu durur. Hərbçilər ittihamları rədd edib.

Kriket ulduzundan məşhur siyasətçiyə çevrilmiş Xan keçən il parlamentdə etimadsızlıq səsverməsi nəticəsində onun və koalisiya hökumətinin devrilməsindən sonra ordu ilə siyasi çəkişmədə olub.

Hüquq üzrə ekspertlər seçki qanunlarına istinad edərək bildiriblər ki, dövlət hədiyyələrinin satılması ilə bağlı hökm Xanı beş il müddətinə milli siyasətdən kənarlaşdırıb və onun Pakistanda bu ilin sonunda keçiriləcək növbəti seçkilərdə iştirak etmək şansını dayandırıb.

Forum

XS
SM
MD
LG