Accessibility links

Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclasının olacağı deyilir


Azərbaycan İran bayraqları (Mənbə: VOA)
Azərbaycan İran bayraqları (Mənbə: VOA)

Sentyabrın 9-da Bakıda İran və Azərbaycan birgə hərbi komissiyasının iclası keçiriləcək.

Bu barədə İranın tasnim.ir saytı məluumat yayıb.

“İran Silahlı Qüvvələrin Baş Qərargahının nümayəndə heyəti iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycana səfərə gedir. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bundan əvvəl Azərbaycanın müdafiə naziri ilə telefon söhbətində ikitərəfli müdafiə və hərbi əlaqələrin və əməkdaşlığın inkişafını vurğulayıb”, məlumatda qeyd edilir.

Məlumatda deyilir ki, nümayəndə heyətinə İran müdafiə nazirinin müavini, briqada generalı Mehdi Fərhi də daxildir.

Bununla yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bu il avqustun 23-də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Azərbaycan müdafiə naziri Zakir Həsənovla telefon danışığı zamanı deyib ki, ortaq sərhədlərdə təhlükəsizlik və sülh yaratmaq yalnız qonşu dövlətlər arasında empatiya və birlik sayəsində mümkündür, bölgədə əcnəbilərin olması gərginlik və qarşıdurma yaradacaq.

Baqiri İran Silahlı Qüvvələrinin Bakıda keçiriləcək Birgə Hərbi Komissiyanın iclasında iştiraka tam hazır olduğunu bildirib.

Azərbaycan-İran birgə hərbi komissiyası bundan öncə 2020-cil fevralın 26-da Tehranda keçirilib.

Forum

XS
SM
MD
LG