Accessibility links

AZAL-ın prezidenti vəzifəsindən azad edilib


Cahangir Əsgərov (Mənbə: AZAL)
Cahangir Əsgərov (Mənbə: AZAL)

Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Bu barədə sentyabrın 1-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayevə həvalə edilib.

Cagangir Əsgərov 1 may 2008-ci ildən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti idi. Onun fəaliyyəti ölkə başçısı, Milli Məclisin deputatları, siyasi liderlər, ekspertlər tərəfindən dəfləlrlə sərt tənqidlərə məruz qalıb.

Ekspertlər bu qurumu monopolist fəaliyyətdə günahlandırır və ciddi islahatlara ehtiyac duyulduğunu vurğulayır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG