Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə 40 ton həcmində humanitar yardım yola salıb.
Turan İnformasiya Agentliyinin verdiyi məlumata görə, avqustun 29-da Qarabağın erməniləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi humanitar yardıma qarşı Əsgəranda etiraz aksiyasına başlayıblar.
Un məmulatları daşıyan maşınların hazırda Ağdam-Əsgəran yolunda Rusiya sülhməramlıların postu qarşısında dayandığı bildirilir.