Accessibility links

Azərbaycan və Türkiyə hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edib


Zakir Həsənov və Yaşar Gülər (Mənbə: Azərbaycan Müdafiə Nazirliyi)
Zakir Həsənov və Yaşar Gülər (Mənbə: Azərbaycan Müdafiə Nazirliyi)

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir.

Yaşar Gülərin avqustun 27-də Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşləri olub.

Rəsmi məlumatlara görə, görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında işbirliyinin çox yaxşı səviyyədə olduğunu qeyd edib.

Azərbaycan müdafiə naziri Zakir Həsənov da Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu və işlərin bundan sonra da yüksələn templə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Türkiyənin milli müdafiə naziri isə iki ölkə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Forum

XS
SM
MD
LG