Accessibility links

Gürcüstanda yaşayan azərbaycanlılar quru sərhədin açılması üçün Azərbaycan prezidentinə müraciət edib


Gürcüstanda yaşayan azərbaycanlılar quru sərhədlərin açılması və ya quru sərhəddə alternativ giriş-çıxışın təmin olunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Sənddə deyilir ki, üç ildir pandemiya ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədi bağlıdır.

"Həm dost, həm strateji dövlət olmaqdan başqa hər iki ölkəni mənəvi birləşdirən insan faktoru var. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycandan yaşayan gürcülər və eyni zamanda Azərbaycanda yaşayan Gürcüstan azərbaycanlıları və Gürcüstanda yaşayan Azərbaycan vətəndaşı olan gürcülər üçün bu alternativi yaratmağı xahiş edirik. Çünki digər ölkələrin vətəndaşlarından fərqli olaraq Gürcüstan və Azərbaycanda yaşayan xalqları biri-biri ilə ailə münasibətləri və bağları birləşdirir. Bundan əvvəl müəyyən qrup insanlar sizə müraciətlər ediblər və öz narahatçılıqlarını bildiriblər. Bu müraciətə yalnız Gürcüstan azərbaycanlıları deyil, eləcə də Azərbaycanda yaşayan gürcü vətəndaşları da qoşulur. Petisiyaya mindən çox adam imza atıb və onlar müvafiq orqanlara alternativ giriş-çıxış imkanları yaratmaq quru sərhədi keçmək üçün güzəştlər və imkanlar yaradılmasını xahiş ediblər", müraciətdə qeyd edilir.

Petisiya Gürcüstanda insan haqları üzrə fəaliyyət göstərən Samirə Bayramovanın təşəbbüsü ilə iki ölkənin sərhədindəki Qırmızı Körpü buraxılış məntəqəsində "çarəsiz qalan və təyyarə bileti üçün maddi imkanları olmayan şəxslərin faciəvi durumunu" nəzərə alaraq yaradılıb.

"Minlərlə şəxs maddi və sağlamlığı baxımından hava yollarından istifadə edə bilmir", sənəddə qeyd edilir.

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanın quru sərhədləri 2020-ci il martın 24-dən bu il oktyabrın 1-dək bağlıdır.

Forum

XS
SM
MD
LG