Accessibility links

Bakıda polis quru sərhədlərin açılması tələbi ilə keçirilən aksiyanı dağıdıb


İyulun 20-də polis Bakıda Nazirlər Kabinetinin binası qarşısında ölkənin quru sərhədlərinin açılması tələbi ilə keçirilən etiraz aksiyasını dağıdıb.

Aksiya Bakı vaxtı ilə saat 12-yə təyin edilmişdi, amma saat 11.30-dan etibarən Nazirlər Kabinetinin binasına gedən yol gücləndirilmiş polis dəstələri tərəfindən bağlanıb. Bu zaman polis bu yola birləşən küçələrdən aksiyaya gələnləri uzaqlaşdırmağa başlayıb.

Qəzəblənən iştirakçılar jurnalistlərə müsahibələrində öz narazılıqlarını bildiriblər. Polis əməkdaşları dərhal onları saxlayaraq, avtobuslara mindirərək hadisə yerindən uzaqlaşdırıb.

İlk olaraq saxlanılan aksiyanın təşkilatçısı Tofiq Yaqublu (Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının fəalı) və Seymur Həzi (AXCP sədr müavini) olub.

Polis quru sərhədlərinin açılması tələbi ilə keçirilən aksiyanı dağıdıb
Polis quru sərhədlərinin açılması tələbi ilə keçirilən aksiyanı dağıdıb

Nazirlər Kabinetinin binasından uzaqlaşdırılan çoxsaylı insan aksiyanı davam etdirib, şüarlar və sərhədin açılması haqqında çağırışlar səsləndirib. Eyni zamanda onlar "İstefa!" şüarı səsləndiriblər. Bu zaman polis iştirakçıların əksəriyyətini saxlayıb.

Daxili İşlər Nazirliynin mətbuat xidməti aksiya zamanı saxlanılanların olmadığını bildirib.

Tofiq Yaqublu saxlanılıb
Tofiq Yaqublu saxlanılıb

"Razılaşdırılmamış aksiya ilə əlaqədar əvvəlcədən xəbərdarlıq edilmişdi. Saxlanılan yoxdur, sadəcə olaraq, aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb" , Daxili İşlər Nazirliyinin əməkdaşı qeyd edib.

Xatırladaq ki, bu il iyulun 1-dən ölkə hakimiyyəti Türkiyə və İranla quru sərhədlərini bağlayıb.

Buna qədər isə (2020-ci ilin martından) Rusiya və Gürcüstanla quru sərhədləri bağlı idi. Ekspertlərin fikrincə, quru sərhədləri bağlı olduğundan insanlar məcburən monopolist şirkətlərin bahalı aviabiletlərini alaraq xaricə gedir. Aztəminatlı ailələr isə bu sahədə ciddi problemlər yaşayır.

XS
SM
MD
LG