Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın sülh razılaşmasını əldə etməyə yaxın olduğunu biri daha bəyan edib. Dövlət Departamentinin sözçüsü eyni zamanda, ABŞ-ın Azərbaycan və Ermənistan liderlərinin yekun sülh razılığı üzrə onun bildirdiyi kimi “çətin kompromislər” əldə etməsi üçün yüksək səviyyədə əlaqə saxlamağa davam etdiyini qeyd edib. Bu açıqlamalar ABŞ Dövlət Departamentinin Cənubi Qafqazda danışıqlar üzrə yüksək səviyyəli müşaviri Lui Bononun Qafqaz regionuna səfər etdiyi zaman verilib. Birləşmiş Ştatlar və Avropa İttifaqıınn son aylarda Azərbaycan və Ermənistan arasında yekun razılığın əldə olunması istiqamətində səylərini artırdığı müşahidə edilir. Bonn Universitetinin Rusiya tarixi kafedrasının baş elmi işçisi Zaur Qasımov Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatlar və Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülhə nail olunması istiqamətində səyləri, Rusiya, Türkiyə və İranın regionda rolunu şərh edib.